Accessibility links

Taliban: İran 3 ay ərzində təxminən 350 min əfqanı deportasiya edib


Rəsmilərin verdiyi məlumata görə, son üç ayda İran və Pakistan təxminən 850 000 sənədsiz əfqan vətəndaşını Talibanın idarə etdiyi Əfqanıstana qayıtmağa məcbur edib.

Qonşu ölkələrdə qeyri-qanuni yaşayan əfqanlara qarşı basqılar Birləşmiş Millətlər Təşkilatının böhranlı, yoxsul ölkədə geri qayıdanları sərt qış və qeyri-müəyyən gələcək gözlədiyi barədə xəbərdarlıqlarına baxmayaraq davam edir.

Talibanın qaçqınlar və repatriasiya naziri Əbdül Rəhman Rəşid bazar ertəsi yerli TOLO xəbər kanalına bildirib ki, İran sentyabrın son həftəsindən bəri “təxminən 345 min” əfqanı deportasiya edib. Rəşid əlavə məlumat vermədən Taliban administrasiyasının geri qayıdan hər bir ailəyə pul qrantları və digər təcili yardımlar verdiyini deyib.

İran hakimiyyəti öz ölkələrində qeyri-qanuni yaşayan əfqanları deportasiya edəcəyinə söz verib.

Pakistan rəsmiləri bildiriblər ki, iki ay əvvəl hökumətin bütün qeyri-qanuni əcnəbilərə, o cümlədən təxminən 1,7 milyon əfqan vətəndaşına qarşı sərt tədbirlər görülməsinə dair göstərişindən sonra təxminən 490 000 nəfər Əfqanıstana qayıdıb.

Daxili işlər naziri Sərfaraz Buqti həftə sonu Pakistanın paytaxtı İslamabadda keçirdiyi mətbuat konfransında sənədsiz əfqanların "90%-dən çoxunun" geri qayıtdığını və ya bunu "könüllü" etdiyini iddia edib.

BMT-nin qaçqınlar üzə agentlikləri son günlər Pakistandan qayıdanların sayında tədricən azalma olduğunu bildirsə də, 2024-cü ilin iyul ayına qədər əlavə 280 000 nəfərin qonşu ölkədən Əfqanıstana dönəcəyini gözləyir.

Ümumdünya Səhiyyə Təşkilatı keçən həftə xəbərdarlıq edib ki, "qayıdanların həssaslığı sərt qışda güclənəcək" və vəziyyət inkişaf etdikcə həyat qurtaran səhiyyə xidmətlərinə daha çox tələbat yaranacaq.

Pakistan hökuməti deportasiya kampaniyasına haqq qazandıraraq bildirib ki, bu, ölkənin immiqrasiya qanunlarına uyğundur və bütün dünyada bu cür qaydaları pozanlar eyni aqibətlə üzləşirlər.

Pakistan dəfələrlə aydınlaşdırıb ki, sərt tədbirlər 1,4 milyon qaçqın da daxil olmaqla, sənədləşdirilmiş təxminən 2,3 milyon əfqanı hədəf almır. Dörd aylıq gecikmədən sonra İslamabad keçən ay 1,4 əfqan qaçqının hüquqi statusunu ilin sonuna qədər uzadaraq, qaçqın cəmiyyətinə ən azı müvəqqəti rahatlıq gətirib.

Bununla belə, Pakistan rəsmiləri BMT-nin müvafiq sənədləri olmayan əfqanların deportasiyasını dayandırmaq xahişini rədd edib. Taliban sərhədin Əfqanıstan tərəfində müvəqqəti düşərgələr yaradıb ki, burada geri qayıdanlar Əfqanıstan boyunca öz doğma şəhərlərinə aparılmağı gözləyərkən burada qala bilərlər. De-fakto hakimiyyət qonşu ölkələri əfqan vətəndaşları ilə pis rəftar etməməyə və onları zorla çıxarmamağa çağırıb.

Pakistan rəsmiləri Əfqanıstanda sığınan Pakistanın anti-dövlət yaraqlılarının iki il əvvəl Talibanın ölkəyə nəzarəti bərpa etməsindən sonra transsərhəd terror hücumlarını intensivləşdirdiyini bildirərək, onlara qarşı təqibləri müdafiə edib. İslamabad iddia edir ki, bəzi qeyri-qanuni əfqan vətəndaşları da bu il Pakistanda ondan çox intiharçı partlayışı törətməklə ölümcül terror dalğasına şərait yaradıblar.

Taliban səlahiyyətliləri heç kimə öz torpaqlarından Pakistana və ya başqa bir ölkəyə qarşı istifadə etməyə icazə vermədiklərini iddia edir və əfqanların deportasiyasını “qeyri-insani hərəkət” kimi pisləyir.

Forum

XS
SM
MD
LG