Accessibility links

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirləri görüşüb


ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb. (Foto: ABŞ səfirliyi)
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyadan olan həmkarı Fergus Auldla görüşüb. (Foto: ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Böyük Britaniyanın səfiri Fergus Auldla görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

“Mən ərazilərin minalardan təmizləməsinə dair yardımımız daxil olmaqla, Azərbaycanda və Qafqazda paylaşdığımız məqsədlər üzərində birgə işləməyimizi səbirsizliklə gözləyirəm,” səfir Mark Libbi vurğulayıb.

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabın 2-də Bakıya gəlib.

Səfir Libbinin gəlişi iki ölkə arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib.

Noyabrın 15-də ABŞ Konqresində dinləmələrdə dövlət katibinin köməkçisi O'Brayn bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır. Buna cavab olaraq Bakı ABŞ-ı USAID və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.

Xatırladaq ki, ABŞ səfiri Mark Libbi dekabrın 2-də Azərbaycana gəlməsinə baxmayaraq, hələ də onun etimadnaməsi qəbul edilməyib.

Forum

XS
SM
MD
LG