Accessibility links

Tofiq Yaqublu təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub


Tofiq Yaqublu saxlanılıb
Tofiq Yaqublu saxlanılıb

Dekabrın 15-də Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Bu barədə məlumatı vəkil Aqil Layıc bildirib.

"İstintaq sirri olduğu üçün daha çox məlumat verə bilmirəm. Tofiq Yaqublu ittihamları rədd edir və həbsi prezident seçkilərini boykota çağırışına görədir. Buradan Nərimanov Rayon Məhkəməsinə gedəcəyik".

Vəkil qeyd edib ki, Yaqubluya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları evdən 5 min avro, 2500 manat və miqdarını bilmədiyi qədər dollar çıxarıblar.

Nigar Həzinin sözlərinə görə, evdən aşkarlanan pul ailəyə məxsus deyil və polis əməkdaşları tərəfindən evə qoyulub. O, atasının həbsini siyasi sifariş hesab edir.

Bundan öncə Tofiq Yaqublu 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Siyasətçi 2020-ci ildə də 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin dövrdə həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb və sentyabrın 18-də azadlığa buraxılıb.

Yaqublu bir neçə dəfə də inzibati həbs cəzasına məhkum edilib.

Azərbaycan hakimiyyəti isə ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir, siyasi hakimiyyət tənqidləri qəbul etmir və qərəzli hesab edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG