Accessibility links

ABŞ İsraili Qəzzaya zərbələri daha dəqiq hala gətirməyə çağırıb


Qəzzada kütləvi mülki itkilər və ABŞ-a artan beynəlxalq və daxili təzyiq fonunda Bayden administrasiyası İsraili fələstinli anklavda hərbi əməliyyatlarının miqyasını azaltmağa inandırmaq üçün səylərini artırır.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Baş nazir Benyamin Netanyahu və onun İsraildəki müharibə kabinetinin üzvləri ilə məsələni müzakirə edib.

“Bu, İsrailə intensiv təmizləmə əməliyyatlarından yüksək dəyərli hədəflərə və xüsusi hərbi infrastruktura qarşı daha məqsədyönlü, dəqiq, kəşfiyyata əsaslanan daha uzunmüddətli səylərə keçməyə təzyiq göstərmək məqsədi daşıyan çağırışların sonuncusudur” - deyə, jurnalistlərə brifinqdə yüksək səviyyəli administrasiya rəsmisi bildirib.

Adının çəkilməməsi şərti ilə danışan rəsmi ABŞ-ın İsrailkampaniyasını dayandırmaq üçün bir neçə həftəlik və ya ilin sonuna bir cədvəl təyin etdiyi barədə mediada yayılan xəbərləri təkzib edib. O, İsrailin hərbi kabinetinin ABŞ-ı potensial vaxt çərçivələri haqqında məlumatlandırdığını deyib.

"İsraillilərin hərbi kampaniya ilə bağlı ideyaları çox erkən olub, biz bunu problemli hesab etdik" deyən rəsmi prezident Co Baydenin müharibənin ilk günlərində İsrailə səfəri zamanı bu narahatlıqları çatdırdığını bildirib.

Administrasiya daha məhdud hərbi kampaniyaya çağırsa da, rəsmi HƏMAS liderlərinə sığınacaq verilməyəcəyini vurğulayıb.

“7 oktyabr hücumlarını planlaşdıran və həyata keçirən liderlərin arxasınca getmək İsrailin haqqıdır”, o əlavə edib.

HƏMAS döyüşçüləri oktyabrın 7-də Qəzza zolağından İsrailin yaxınlıqdakı şəhərlərinə hücum edərək 1200 nəfəri öldürüb, 200-dən çox insanı girov götürüblər.

Qəzza səhiyyə rəsmiləri deyirlər ki, İsrailin hərbi reaksiyası onilliklərlə davam edən İsrail-Fələstin münaqişəsinin ən qanlı kampaniyasında ən azı 2 milyon insanı didərgin salıb və 18 mindən çox insanı öldürüb.

Sallivan 7 oktyabr qırğınından sonra israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı zorakılığın artdığı İordan çayının qərb sahilində sabitliyi müzakirə etmək üçün Fələstin Muxtariyyətinin (PA) prezidenti Mahmud Abbasla görüşmək üçün cümə günü Ramallaha getməyə hazırlaşır.

Bayden və yüksək səviyyəli ABŞ rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, İsrail onları dayandırmaq üçün hərəkətə keçməlidir. ABŞ zorakılıq törədənlərdən bəzilərinə sanksiya tətbiq edib.

Sallivan münaqişə bitdikdən sonra Qəzzanın gələcəyi məsələsinə də diqqət yetirəcək.

Administrasiya sahil zolağının fələstinlilər tərəfindən idarə olunmasını və İsrail tərəfindən yenidən işğal edilməməsini istəyir.

Forum

XS
SM
MD
LG