Accessibility links

Bayden Netanyahuya İsrailin HƏMAS-a qarşı müharibədə dəstəyi itirdiyi barədə xəbərdarlıq edib


Bayden Netanyahuya İsrailin HƏMAS-a qarşı müharibədə dəstəyi itirdiyi barədə xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Bayden administrasiyasının İsrailə HƏMAS-a qarşı müharibədə dəstəyi həm fələstinli mülki şəxslərin ölümünə etiraz edən amerikalılar, həm də atəşkəsə çağıran Dövlət Departmaneti əməkdaşları tərəfindən kəskin şəkildə tənqid olunur. Bu arada isə Prezident Co Bayden İsrail Baş naziri Benyamin Netanyahuya ya tutduğu kursu dəyişməli ya da beynəlxalq statusunu riskə atmalıdır.

Birləşmiş Ştatlar onillər boyu israillilərlə fələstinlilər arasında torpaq, dini obyektlərə nəzarət və suverenlik üzərinə münaqişəyə vasitəçilik etməyə çalışıb.

1993-cü ildə Ağ Evdə ümidverici an yaşandı. İsrail baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının nümayəndəsi Mahmud Abbas “Oslo Sazişləri” kimi tanınan özünüidarə haqqında bəyannamə imzaladılar.

Sülh yaxın görünürdü, amma sazişin imzalanmasına şahid olan ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Lourens Korbun dediyinə görə, fələstinlilər razılığı pozdu.

Hazırda Amerika Tərəqqi Mərkəzinin baş elmi işçisi olan Korb Amerikanın Səsinə deyib ki, o, hələ də iki-dövlətli həll yoluna inanır, amma fələstinlilərin yeni bir rəhbərliyi altında.

“İndi fələstinlilər birlikdə hərəkət etməlidirlər. Onların lideri Mahmud Abbas çox yaşlıdır. O, effektiv ola bilməz. Onlara yeni lider lazımdır. Və əgər bu dəhşətli vəziyyətdən ayrı Fələstin dövləti çıxa bilsə, bu, həqiqətən də əhəmiyyətli bir irəliləyiş olacaq və regioda sabitliyi qorumaq çox daha asan olacaq,” o deyib.

Aaron Devid Miller onillər boyu, adətən Yaxın Şərqdə sülh danışıqları aparmağa çalışan ABŞ komandasının bir hissəsi kimi, ABŞ-ın həm Respublikaçı həm də Demokrat administrasiyalarında işləyib. O, ABŞ-İsrail münasibətlərində dəyişiklikdən çox davamlılıq görür, ələlxüsus da Prezident Co Bayden Ağ Evdə olduğu müddətdə.

“Co Bayden, müasir Amerika prezidentləri arasında tək olaraq, özünü sözün əsl mənasında İsrail hekayəsinin bir hissəsi hesab edir. Onun İsrailin baş nazirləri və başqa liderlərlə münasibətləri onillər öncəyə gedib çıxır. O, böhran ilk başlayandan müharibə zonasına getməkdə israr etdi,” Miller deyib.

Bayden ABŞ-ın terror qrupu hesab etdiyi HƏMAS oktyabrın 7-də qəddar hücum zamanı 1200 israillini öldürəndən və 200-dən çox insan girov götürəndən bir neçə gün sonra İsrail Baş naziri Benyamin Netanyahunu qucaqlayıb. O dəfələrlə deyib ki, Birləşmiş Ştatar hər zaman İsrailin yanında olacaq.

Ancaq iki ay ərzində İsrail onillərdir davam edən münaqişədəki ən qanlı kampaniya çərçivəsində HƏMAS-ın idarə etidiyi Qəzza zolağına zərbələr endirib, ən azı 2 milyon fələstinlini didərgin salıb, 50 mindən insanı yaralayıb və minlərlə insanı öldürüb.

Bayden bu yaxınlarda siyasi donorlardan ibarət auditoriyaya deyib ki, İsrail Qəzzanı “fərq qoymadan” bombaladığına görə başqa ölkərdən dəstəyi itirir və Netanyahu öz sərt xətt tərəfdar hökumətini dəyişməlidir.

Nyu York və başqa şəhərlərdə minlərlə amerikalı küçələrə tökülərək İsrailin HƏMAS-a qarşı hücumunda fələstinli mülki vətəndaşların ölümünə etiraz edib. Ağ Ev və Dövlət Departamentinin bəzi əməkdaşlarının da münaqişə ilə bağlı kəskin fikirləri var və bəziləri eitraz məktubları imzalyıb və ya hətta administrasiyadan istifadə edib.

“Dövlət Departamentinin daxilində insanlar bizim İsrailə qarşı siyasətimizi uzun zamandır izləyirlər – bəzi hallarda hətta onillərdir – və bizim İsrailə böyük ölçüdə qeydsiz-şərtsiz hərbi dəstəyimiz olub. Yəni daxildə belə bir anlayış var ki, biz İsrailə Fələstin problemini həll etmək üçün daha çox işlər görməsi məqsədilə təzyiq göstərmək üçün hərbi dəstəyimizlə əlaqədar gücümüzdən istifadə etməmişik,” Çikaqo Qlobal Məsələlər Şurasından Elizabet Şakelford deyir.

Bir çoxları İsrailin hücuma qarşı nümayiş keçirsə də, noyabr ortasında minlərlə amerikalı İsrailə dəstəyini nümayiş etdirmək və antisemitizmi qınamaq üçün Vaşinqtonda bir araya gəlib.

Forum

XS
SM
MD
LG