Accessibility links

Fələstinli məhbusların hüquqlarını müdafiə edən qruplar "Qırmızı Xaç"-ı İsraildə saxlanılan məhbusları ziyarət etməyə çağırır


Fələstinli məhbusların hüquqlarını müdafiə edən təşkilatlar İsrailin məhbusları ittiham irəli sürmədən qeyri-insani şəraitdə saxladığına dair iddialar fonunda Qırmızı Xaç-ın oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri saxlanılan təxminən 4 min fələstinliyə çıxış əldə etməsinə çağırır. Henri Vilkins İordan çayının qərb sahilində Ramallahda bu yaxınlarda sərbəst buraxılan məhbuslar və həbsdə saxlanılan bir uşağın ailəsi ilə danışıb.

İordan çayının qərb sahilində Ramallah şəhərində Fələstinli Məhbuslar Klubunun üzvləri dekabrın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin önündə nümayiş keçirib.

“Bizim məqsədimiz Beynəlxalq Qırmızı Xaç Komitəsini İsrail həbsxanaları və təcridxanalarındakı məhbusları ziyarət etməyə çağırmaqdır. İsrailin müharibə dövründəki hökumətinin BQXK-nın və vəkillərin həbsxanalardakı məhbuslara çıxış əldə etməsinə və onlara baş çəkməsinə qadağa qoyduğunu vurğulamaq vacibdir. Oktyabrın 7-dən bəri həbs olunan şəxslər haqqında məlumatımız yoxdur,” Fələstin Məhbusların İşləri üzrə Komissiyadan Amin Şomali deyib.

Fələstinli məhbusların hüquqlarının müdafiə qruplarının məlumatına görə, İsrail-HƏMAS müharibəsi başlayandan bəri təxminən 4 min fələstinli saxlanılıb. Oktyabrın 7-dən sonra İsrail, həbsxanalarda humanist rəftarın təmin edilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsininin fələstinli məhbuslarla onilliklər ərzində icazə verilən müntəzəm görüşlərini dayandırıb.

Amnesty International-ın bildirdiyinə görə, fələstinli məhbuslar onillərdir İsrail həbsxalarında işgəncə görür. O və başqa insan hüquqları təşkilatları həmçinin şikayət edir ki, İsrail fələstinliləri heç bir ittiham və ya qanuni proses olmadan, İsrailin dediyinə görə, inzibati həbsdə saxlayır.

İnzibati həbs hakim tərəfindən təqdiqlənməlidir. Bu, hüquq-mühafizə orqanlarına insanları yalnız təhlükəsizliklə bağlı narahatlıqlar əsasında saxlamağa imkan verir.

Amerikanın Səsi keçmiş israilli hakimlə inzibati həbslərin demokratiyaya təhlükə yaradıb-yaratmadığı barədə danışıb. O, bu addımın demokratiyanı qoruduğunu deyir.

“Əlbəttə ki, bu, insanın hüquqlarını məhdudlaşdırır. Demokratiya öz canlılığını sübut etmək üçün intihar etməməlidir. Bəzən müəyyən şərtlər altında təhlükəsizliyə üstünlük verilməlidir,” təqaüddə olan İsrail hakimi Amnon Straçnov deyir.

Çox sayda həbslərin baş veriyi Qalandiya qaçqın düşərgəsində Xalid Şadeh deyir ki, onun 17 yaşlı qardaşı qızı əlində Fələstin bayrağı ilə İsrailin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşandan sonra güllə ilə vurulub.

Videoda onun saxlanılma anı göstərilir.

Ailə bir aydan çoxdur ondan xəbər ala bilmir.

“Biz onun məhbusların azadlığa buraxılması ilə bağlı razılığa daxil ediləcəyini gözləyirdik. Onun, uşaq olmasına baxmayaraq, razılığın bir hissəsi kimi azadlığa buraxılmaması bizi şoka saldı. Onun günahsızlığı və heç bir qanun pozuntusuna yol verməməsi faktı bizi şoka saldı. İndi biz onun tezliklə azadlığa çıxacağına dair ümidlə yaşayırıq,” Xalid Şadeh deyir.

İsrail hökuməti HƏMAS tərəfindən Qəzzada saxlanılan 135 girovdan 19-nun qiyabi olaraq öldüyünü elan edib. İsrail də həmçinin HƏMAS-ı Beynəlxalq Qırmızı Xaç Komitəsinə girovlara çıxış verməyə çağırıb, amma Beynəlxalq Qırmızı Xaç Komitəsini bunu təhlükəsiz bir şəkildə edə bilməyəcəyini deyir.

Hanan Barguti noyabrda Qəzzada fələstinli məhbusların müqabilində Qəzzada saxlanılan israilli girovların azadlığa buraxılmasını təmin edən razılıq altında sərbəst buraxılıb. O, inzibati həbsdə saxlandığı İsrail həbsxanasında qeyri-insanı rəftar gördüyünü deyir və bildirir ki, Qəzzada saxlanılan griovlara ürəyi yanır.

“Biz insanıq və başqalarının həbsinə və ya öldürülməsinə qəti şəkildə qarşıyıq. Mənim heç kimə, hətta məni həbs edənə də zərər vermək istəyim yoxdur. Əgər şərait dəyişsə və Fələstin bizə qaytarılsa və mən o həbsdə olduğu zaman həbxsana gözətçisi olsam, mən onun mənə etdiyi kimi ona zərər vermək istəməzdim,” o deyir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi Amerikanın Səsinin fələstinli məhbuslara ziyarətlərin bərpa edilib-edilməyəcəyinə dair sualına yazılı cavabında bildirib ki, “BQXK bu kritik məsələ ilə bağlı müvafiq orqanları adətən olduğu kimi ikitərəfli və məxfi dialoqa cəlb edir.”

Forum

XS
SM
MD
LG