Accessibility links

Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin məhkəməsi başlayır


Sosial şəbəkədəki paylaşımına görə, həbsdə olan iranlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədiyə həbsxanada bəyanatları və yazılarını ictimaiyyətə yayması kimi son fəaliyyətləri ilə əlaqədar çərşənbə axşamı mühakimə olunacağına dair xəbərdar edilib.

İnstaqram səhifəsinə əsasən, builki Nobel Sülh Mükafatının ona verilməsindən sonra bu, onun ilk məhkəməsi olacaq.

O, İslam Respublikası tərəfindən davamlı təqiblərə baxmayaraq, İranda insan haqlarının müdafiəsində iyirmi illik fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Yaxın tərəfdaşları tərəfindən idarə olunan səhifəyə görə, Məhəmmədi məhkəməsinin hakim İman Əfşarinin yurisdiksiyasında İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçiriləcəyi barədə bildiriş alıb.

Məhəmmədi Tehranın Evin həbsxanasında “hökumət əleyhinə təbliğat aparmaq” ittihamı ilə cəza çəkir. Əvvəlki məhkəmə prosesində Məhəmmədi İnqilab Məhkəməsini tanımadığını iddia edərək məhkəmə iclaslarında iştirakdan imtina edib.

Nobel Sülh Mükafatının rəsmi təqdimatı Norveçin paytaxtı Osloda olub. Məhəmmədi həbsdə olarkən mükafatı onun 17 yaşlı əkiz övladları alıb və onlar iranlı hüquq müdafiəçisinin nümayəndəsi olub. Əkizlər ataları ilə birlikdə Parisdə mühacirətdə yaşayır.

Amerikanın Səsinin Fars xidməti tərəfindən canlı yayımlanan mərasimdə Əli və Kiana Rəhmani İranın cəsarətli qadın və kişiləri ilə həmrəylik ifadə edən analarının mesajını tamaşaçılara çatdırıb.

Mesajında o, İslam Respublikasının "dini tiranlığını" vurğulayıb və hökumətini "qadın əleyhdarı" adlandırıb. O, həmçinin İranda vətəndaş cəmiyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb və beynəlxalq dəstəklə bağlı müraciət edib.

Məhəmmədi əvvəllər də İran hakimiyyəti tərəfindən başqa ittihamlarla mühakimə və məhkum edilib.

Məhəmmədi Nobel Sülh Mükafatını alan ikinci iranlı qadındır. Nüfuzlu mükafatın ilk laureatı 2003-cü ildə ona layiq görülən hüquqşünas Şirin İbadi olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG