BMT-nin yüksək səviyyəli agentliyi Qəzza zolağının "dünyada uşaqlar üçün ən təhlükəli yer" olduğunu bildirib. Belə ki, İsrailin ərazini bombalaması minlərlə uşağın ölümünə və yaralanmasına, minlərlə uşağın zdihamlı, antisanitariya xəstəxanalarında və sığınacaqlarda dərmansızlıqdan, yoluxucu xəstəliklərdən, su və qida çatışmazlığından əziyyət çəkməsinə səbəb olur.
UNICEF-in sözçüsü Ceyms Elder Cenevrədə jurnalistlərə deyib: “Məni iqtidarda olanların çiyinlərini çəkməsi qəzəbləndirir, çünki bu humanitar kabus bir milyon uşağın başına gəlir”.
Bu yaxınlarda Qəzzada iki həftəlik missiyadan qayıdan Elder deyib: “Məni amputasiyalardan sağalan uşaqların Nasser xəstəxanasında bombalanıb öldürülməsi, hər gün daha çox yerdə gizlənən uşaqların bədən üzvlərinin qoparılması qəzəbləndirir".
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail HƏMAS və digər silahlı qrupların oktyabrın 7-də hücumlarına cavab olaraq anklavı bombardman etməyə və mühasirəyə almağa başlayandan bəri təxminən 70%-i qadın və uşaqlar olmaqla, 19 400-dən çox fələstinli həlak olub. İsraildə isə 1200-dən çox əsgər və mülki vətəndaş öldürülüb.
Elder Qəzzanın cənubundakı Xan Yunisdəki Əl Nasser xəstəxanasının son 48 saat ərzində iki dəfə mərmiyə məruz qaldığını deyərək, xəstəxananın çoxlu sayda ağır yaralı uşaqla yanaşı, təhlükəsizlik axtaran yüzlərlə qadın və uşağın sığınacağını olduğunu qeyd edib.
Elder xəbərdarlıq edib ki, qidalanma və ishalın artan nisbətləri, kifayət qədər təhlükəsiz olmayan su, qida və kanalizasiya kimi problemlərdən ölüm halları bombardmanlarla müqayisədə daha çox uşaq ölümlərinə səbəb ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatı Qəzzadakı 36 xəstəxanadan yalnız 8-inin "çətinliklə işlədiyini" bildirir. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, Qəzzanın şimalındakı ən böyük xəstəxana olan Əl-Şifa bazar ertəsi səhər tezdən yenidən hücuma məruz qalıb, nəticədə uşaqlar da daxil olmaqla, 5 nəfər ölüb.
ÜST fəaliyyət göstərən xəstəxanalardakı vəziyyəti dəhşətli kimi təsvir edir.
Elder Milad bayramında Qəzzaya hücumların artacağından qorxduğunu deyib, çünki dünya başqa məsələlərlə məşğuldur.
Qəzzanı tərk etmək məcburiyyətində qaldığı üçün özünü günahkar hiss etdiyini bildirən Elder "əlimdən daha çox iş gəlmədiyi üçün özümə qəzəblənirəm" deyib.
Forum