Accessibility links

Ağ Ev həbsdə olan amerikalıların azad edilməsi üçün Rusiyaya yeni təklif hazırlayır


Evan Gershkoviç
Evan Gershkoviç

Ağ Ev bildirib ki, jurnalist Evan Gerşkoviç və həbsdə olan daha bir amerikalının azad edilməsi üçün Rusiyaya yeni təklif hazırlayır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib ki, “Daha uğurlu ola biləcək başqa bir təklif əldə etmək üçün nə edə biləcəyimizi görmək üçün çox çalışırıq”. Kreml əvvəlki təklifi rədd edib.

Wall Street Journal-ın müxbiri Gerşkoviç, onun, işəgötürəninin və ABŞ hökumətinin qəti şəkildə rədd etdiyi casusluq ittihamı ilə mart ayından həbsdədir. Ekspertlərin fikrincə, Gerşkoviçin həbsi Moskvanın mətbuat azadlığına qarşı illərdir həyata keçirdiyi basqısının timsalıdır.

Digər amerikalı isə 2018-ci ildə Moskvada həbs edilmiş və hazırda özünün və ABŞ hökumətinin rədd etdiyi casusluq ittihamı ilə 16 il həbs cəzası çəkən keçmiş ABŞ dəniz piyadası Pol Uilandır.

“Hökumətin Evan və Polun azad edilməsi üzərində işlədiyinə dair işarələri görmək bizi həmişə sevindirir. Biz çox ümid edirik ki, bu səylər tezliklə öz bəhrəsini verəcək”, jurnalın redaktor köməkçisi Pol Bekket Amerikanın Səsinə bildirib.

Bekket qəzetin Gerşkoviçin azad edilməsi kampaniyasına rəhbərlik edir.

Ağ Evdən gələn xəbər Dövlət katibi Antoni Blinkenin Vaşinqtonun Gershkoviç və Uilanın azadlığa buraxılması üzərində “çox fəal işlədiyini” söyləməsindən bir gün sonraya təsadüf edir.

Dövlət Departamenti bu ayın əvvəlində Rusiyanın Gerşkoviç və Uilanı azad etmək üçün "əhəmiyyətli" təklifi rədd etdiyini bildirib. Keçən həftə Rusiya prezidenti Vladimir Putin Moskvanın Vaşinqtonla Gerşkoviç və Uilanının azad edilməsi ilə bağlı “razılaşmaq” istədiyini deyib.

“Biz razılığa gəlmək istəyirik və bu razılaşmalar qarşılıqlı məqbul olmalı və hər iki tərəfə uyğun olmalıdır. Bununla bağlı amerikalı tərəfdaşlarımızla təmaslarımız var və dialoq davam edir”, - Putin Gerşkoviçlə bağlı ilk ictimai çıxışında deyib.

Jurnal sentyabr ayında yazmışdı ki, Moskva çox ehtimal ki, Gerşkoviç və Uilan müqabilində Almaniyada həbsdə olan rusiyalı qatil Vadim Krasikovu qaytarmağa çalışır.

Çərşənbə günü Venesuela ilə məhbus mübadiləsini elan edən ABŞ prezidenti Co Bayden administrasiyasının həbsdə olan amerikalıların azad edilməsinə prioritet verməkdə davam edəcəyini deyib.

Rusiyada Azad Avropa/Azadlıq Radiosunda çalışan jurnalist də saxlanılıb.

İkili Amerika-Rusiya vətəndaşlığına sahib olan və AzadlıqRadiosunun redaktoru Alsu Kurmaşeva “xarici agent” kimi qeydiyyatdan keçməməkdə ittiham olunur.

May ayında ailəsi ilə bağlı təcili Rusiyaya gedən jurnalist iyun ayında hava limanında qısa müddətə saxlanılıb və pasportları müsadirə edilib. O, çərşənbə günü həbs edilib və günahı sübuta yetirilərsə, onu beş ilə qədər həbs cəzası gözləyir.

Kurmaşeva Rusiya tərəfindən saxlanılan ikinci amerikalı jurnalistdir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG