Accessibility links

İsrailin hava zərbələri Qəzza zolağının şimalına yönəlib


Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə İsrailin gecə ərzində endirdiyi və bazar günü səhər saatlarında gedən döyüşlərin mərkəzində olub. İsrail Qəzzanın şimalına demək olar ki, tam əməliyyat nəzarətinə nail olduğunu bildirib.

İsrail son sutka ərzində Qəzzada 200-ə yaxın hədəfə hücum etdiyini bildirib.

Ordu sözçüsü Conatan Konrikus France-Presse agentliyinə bildirib ki, "indi biz HƏMAS-a qarşı səylərimizi Qəzzanın cənubuna yönəldirik".

HƏMAS bildirib ki, təşkilatın Qəzzadakı lideri Yəhya Sinvarın doğulduğu yer və güc bazası olan Cəbəliyə və Xan Yunisə zərbələr endirilib.

İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, ordu Qəzzanın şimalına tam “əməliyyat nəzarəti”nə yaxınlaşır.

“İsrail Müdafiə Qoşunları Xan Yunisdə quru əməliyyatlarını davam etdirir və eyni zamanda, fəaliyyətini zolağın əlavə ərazilərinə, xüsusilə onun cənubuna yönəltməklə genişləndirməyə hazırlaşır”, - Hagari bildirib.

Bununla belə, həftəsonu döyüşlərdə ondan çox İsrail əsgərinin öldüyü bildirilir. Ordunun dediyinə görə, oktyabrın 20-də Qəzzaya qurudan hücumu başlayandan bəri bu, ən qanlı döyüş günlərindən biridir. Oktyabrın 7-də müharibə başlayandan bəri İsrailin 153 əsgərinin öldüyünü bildirilir.

Həftəsonu dünyanın bir çox yerində Qəzzada atəşkəs çağırışı ilə nümayişlər keçirilib. London, Nyu-York, İstanbul və Sana mitinqlərin keçirildiyi yerlər arasında olub.

HƏMAS militantlarının oktyabrın 7-də Qəzza sərhədindən keçərək İsrailin cənubundakı icmalara hücum edib. İsrailin verdiyi məlumata görə, hücum zamanı təxminən 1200 nəfər öldürülüb. ABŞ və digərlərinin terrorçu qrup kimi tanıdığı HƏMAS həmçinin 250-yə yaxın girov götürüb, onlardan 129-u hələ də Qəzzada saxlanılır.

Bu hücumdan sonra İsrail HƏMAS-ı darmadağın edəcəyinə söz verib və Qəzzaya havadan, qurudan və dənizdən hücuma keçib. Qəzza rəsmiləri bildirir ki, müharibə nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 20 mindən çox insan həlak olub.

Forum

XS
SM
MD
LG