Accessibility links

Moldovanın avropameylli lideri Sandu ikinci müddət prezident olmaq niyyətini açıqladı


Moldova prezidenti Maya Sandu
Moldova prezidenti Maya Sandu

Moldovanın avropameylli prezidenti Maya Sandu dekabrın 24-də bildirib ki, ölkənin Avropaya inteqrasiyası məsələsini məntiqi sonluğa çatdırmaq üçün 2024-cü ilin sonunda ikinci prezidentlik müddətinə namizəd olmaq niyyətindədir.

“Hələ atmalı olduğumuz mühüm addımlarımız var və əgər yeni müddət üçün mənə etimad göstərsəniz, davam edəcəyimə söz verirəm”, - Moldova prezidentinin internet səhifəsində dərc olunan bəyanatda deyilir.

Avropa İttifaqı ilə daha sıx əlaqələrin tərəfdarı olan keçmiş Dünya Bankı iqtisadçısı Sandu 2020-ci ilin dekabrında keçirilən ikinci tur səsvermədə rusiyameylli prezident İqor Dodona qalib gəlib.

Moldovada prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında keçirilməli və dəqiq tarixi parlament tərəfindən müəyyən edilməlidir.

Aİ ilə inteqrasiya Sandunun məqsədlərindən biridir. Bu ayın əvvəlində Brüssel Kişinyovla üzvlük danışıqlarının başladığını elan edib.

“Bizim gələcəyimiz Avropa ailəsindədir və biz Moldova üçün hansı yolu seçdiyimizi bütün ölkəyə açıq şəkildə söyləməliyik. Mən parlamenti gələn ilin payızında vətəndaşların səsinin həlledici olacağı referendum təşəbbüsü ilə çıxış etməyə çağırıram” - bəyanatda deyilir.

Sandu Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib və Moskvanı onu devirmək üçün çevriliş etməkdə ittiham edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG