Accessibility links

Təbrizdə siyasi fəal Hadi Quluzadənin məhkəmə işinə xitam verilib


Hadi Quluzadə, siyasi fəal
Hadi Quluzadə, siyasi fəal

Hüquq müdafiəçiləri bir müddət əvvəl haqqında məhkəmə işi açılan siyasi fəal Hadi Quluzadənin məhkəmə təqibinin dayandırıldığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrə istinadən, Təbrizin ümumi və inqilab prokurorluğu “İslam Respublikası nizamına qarşı təbliğat” ittihamı ilə üzləşən fəalın işinə xitam verib.

Abbas Lisani Telegram kanalının bildirdiyinə görə, Quluzadəyə irəli sürülən ittihamla bağlı dəlil və sübut çatışmazlığından məhkəmə təqibi dayandırılıb.

Hadi Quluzadə dekabr ayının 7-də Təbrizin Vadi-Rəhmət məzarlığında tanınmış mədəni fəal Əli Xalitabadinin dəfn mərasiminin keçirildiyi zaman İranın təhlükəsizlik polisi tərəfindən saxlanılıb bir neçə saat sorğu-sual edildikdən sonra sərbəst buraxılmışdı.

Quluzadənin dəfn mərasimində bəzi vərəqələr payladığı səbəbilə saxlanıldığına dair məlumat yayılıb.

O daha əvvəl də göstərdiyi mədən-siyasi fəaliyyətlər səbəbilə, o cümlədən Urmiyə gölü üçün təşkil olunan etiraz kampaniyalarına qatıldığı üçün təhlükəsizlik qüvvələrinin təzyiq və təqibinə məruz qalıb.

Forum

XS
SM
MD
LG