Accessibility links

İranda təqaüdçülərin etirazları genişlənir


Təqaüdçülərin mitinqi (Şəkil: İran İşçilərinin Azad Birliyinin Telegram kanalı)
Təqaüdçülərin mitinqi (Şəkil: İran İşçilərinin Azad Birliyinin Telegram kanalı)

İranda təqaüdçülərin ənənə halına gətirdikləri etiraz aksiyaları getdikcə İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif bölgələrində genişlənir. Dekabrın 25-də etirazlar vilayət mərkəzlərindən əlavə bəzi kiçik şəhərlərə də yayılıb.

Keçən həftələrdən bəri İran Azərbaycanında telekommunikasiya şirkətinin təqaüdçüləri müəyyən günlərdə bütün vilayət mərkəzlərində şirkətin baş ofisinin qarşısına toplaşaraq əllərində plakatlar nümayiş etdirib və şüarlar səsləndirirlər. Bir neçə ay əvvələ qədər aksiyaların eyni gündə bütün vilayətlərdə keçirilməsi nadir hallarda baş verirdi.

Bazar ertəsi günü telekommunikasiya şirkəti və bəzi digər sektorlardan təqaüddə olan çox sayda vətəndaş Urmiyə, Ərdəbil, Təbriz, Zəncan, Qəzvin və Həmədan kimi vilayət mərkəzləri, eləcə də Bicar və Nəhavənd kimi şəhərlərdə mitinq təşkil ediblər.

İran İşçiləri Azad Birliyi və digər əmək qrupları öz sosial media hesablarından həmin şəhərlərdə keçirilən aksiyalardan foto və video paylaşıblar.

İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər. Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər “maaşların bərabərləşdirilməsi” layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG