Accessibility links

Netanyahu: İsrail bütün məqsədlərinə çatana qədər müharibə davam edəcək


Baş nazir Benyamin Netanyahunun İsrail bütün məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyinə söz verməsindən sonra İsrail qüvvələri çərşənbə axşamı Qəzza zolağının bir çox bölgəsinə yeni hava zərbələri endirib.

İsrail ordusu 100-dən çox hədəfə, o cümlədən tunel şaxtalarına və HƏMAS militantlarının İsrail qüvvələrinə qarşı hücumlar təşkil etmək üçün istifadə etdiyi obyektlərə hücum etdiyini bildirib.

Sakinlər Qəzzanın mərkəzindəki Nuseyrat, Məğazi və Bureyc qaçqın düşərgələrinin ərazilərinə hava hücumları və atəş açıldığını bildirib.

Netanyahu Likud partiyasının üzvlərinə verdiyi şərhdə deyib ki, İsrail militant qrup tərəfindən saxlanılan qalan girovları azad etmək üçün HƏMAS-a qarşı hərbi təzyiq göstərməlidir.

"Biz qarşıdakı günlərdə mübarizəni genişləndirəcəyik, bu, uzun bir döyüş olacaq və bitməsi yaxın deyil" - deyə, Netanyahu bildirib.

Netanyahu həmçinin “Wall Street Journal” qəzetinə oxşar parametrləri açıqlayıb və hökumətinin HƏMAS-ın məhvi, Qəzza zolağının silahsızlaşdırılması və Fələstin cəmiyyətinin deradikalizasiyası ilə bağlı mövqeyini təkrarlayıb.

Bu arada, ordu komandiri Herzi Halevi çərşənbə axşamı HƏMAS militantlarına istinad edərək, "terror təşkilatını məhv etmək üçün heç bir qısa yol yoxdur" deyib.

İsrailin quru əməliyyatlarına əlavə olaraq minlərlə hava hücumunu da əhatə edən hücumu Qəzzanın geniş hissələrini xarabalığa çevirib və Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 20 600 fələstinli həlak olub.

Döyüşlər həmçinin Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyətini köçkün vəziyyətinə salıb, bir çoxları Qəzzanın cənubunda BMT-nin idarə etdiyi həddən artıq izdihamlı sığınacaqlarda təhlükəsizlik tapmağa çalışır.

HƏMAS militantları oktyabrın 7-də Qəzza sərhədinə axışaraq, İsrailin cənubundakı icmalara hücum edib. İsrailin məlumatına görə, təxminən 1200 nəfər ölüb.

ABŞ və digərləri tərəfindən terror qruplaşması elan edilən HƏMAS 240-a yaxın insanı girov götürüb, onlardan 129-u Qəzzada qalır. Buna cavab olaraq İsrail HƏMAS-ı darmadağın edəcəyinə söz verib və Qəzzaya havadan, qurudan və dənizdən hücuma keçib.

İsrail anklav boyu izdihamlı yaşayış məntəqələrindən və tunellər sistemindən istifadə etdiyini əsas gətirərək, HƏMAS-ın mülki əhali arasında itkilərin çoxluğuna görə məsuliyyət daşıdığını bildirib.

Forum

XS
SM
MD
LG