Accessibility links

Azərbaycanla İran arasında dəmir yolu ilə yük mübadiləsi 33 faiz artıb


BRITAIN RAILTRACK
BRITAIN RAILTRACK

2023-cü ilin mart ayından dekabr ayına qədər Azərbaycan ilə ixrac, idxal və tranzit sektorlarında dəmir yolu ilə yük mübadiləsi 33 faiz artıb.

İranın Şimal Dəmir Yolu İdarəsi-2-nin baş direktoru Qulam-Hüseyn Vəladi İRNA agentliyinə bildirib ki, qarşılıqlı əlaqə Astara dəmir yolu yük terminalı vasitəsilə həyata keçirilir. Cari İran təqvim ilinin ilk doqquz ayı ərzində (21 mart 2023-cü il - 21 dekabr 2023-cü il) dəmir yolu ilə daşınmanın ümumi həcmi 498 926 ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir. Ötən ilin eyni dövründə yüeük daşımalarının həcmi 374 454 ton olub”, o qeyd edib.

Bu ilin doqquz ayında Astara dəmir yolu yük terminalı vasitəsilə Azərbaycanna 136 min 324 ton mal ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən 126 min 985 ton məhsulun 7 faiz artdığını göstərir.

Valadi daha sonra bildirib ki, son doqquz ayda Astara dəmir yolu yük terminalı vasitəsilə İrana təqribən 152 min 268 ton mal idxal edilib ki, bu da ötən ilin eyni dövründə idxal edilən 93 min 160 ton malla müqayisədə 63 faiz artım deməkdir.

Forum

XS
SM
MD
LG