Accessibility links

ABŞ qüvvələri İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqdə hücumlara məruz qalır


ABŞ qüvvələri İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqdə hücumlara məruz qalır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

İsrail və HƏMAS arasında oktyabrın 7-də müharibənin başlamasından sonra İranın dəstəklədiyi qruplar Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlarını artırıb. Yəməndə İranın dəstəklədiyi Husilər bir neçə hərbi və ticarət gəmisinə ballistik raketlər və dronlarla hücum edib. ABŞ regionda Amerika qüvvələrinə dron və raket hücumlarını dayandırmaq üçün İrana qarşı çəkindirmə səylərinin effektiv olduğunu bildirir. Lakin təhlilçilər Birləşmiş Ştatların İranın dəstəklədiyi qrupların bu hücumlara görə məsuliyyət daşıması üçün daha çox səy göstərməli olduğunu deyir. Amerikanın səsinin Pentaqon müxrbiri Karla Bab daha ətraflı məlumat verir.

Oktyabrın ortalarından bəri ABŞ qüvvələri İraq və Suriyada 10 müxtəlif məntəqədə təxminən 100 dəfə hücuma məruz qalıb.

İstefada olan polkovnik Mayls Keqqins, New Lines İnstitutunun hərbi eksperti: “Son bir ayda qlobal koalisiyanın sözçüsü kimi 2019-cu ilin avqustundan 2020-ci ilin sentyabrına qədər İraq və Suriyada olduğum müddətdən daha çox hücum olub”.

Həmin vaxtlar İran tərəfindən dəstəklənən qrupların hücumlarının ABŞ-ın 2020-ci ilin yanvarında İranın elitar Qüds Qüvvələrinin lideri Qasım Süleymanini hava hücumunda öldürməsi ilə nəticələnən qeyri-sabit bir dövr idi.

Hərbi qüvvələr onun ölümünün ABŞ-a qarşı artıq planlaşdırma mərhələsində olan gələcək hücumların qarşısını almaq məqsədi daşıdığını bildiriblər.

İstefada olan polkovnik Mayls Keqqins, New Lines İnstitutunun hərbi eksperti: “Bu, çox ciddi bir vaxt idi. Çox gərgin idi. Lakin indi biz İraq və Suriyada açıq şəkildə ABŞ qüvvələrini qətlə yetirməyə çalışan İranın dəstəklədiyi qüvvələrin daha ölümcül, daha təhdidedici, daha hədələyici və daha təxribatçı hərəkətlərini görürük”.

ABŞ bu hücumlara cavab olaraq Suriyada İran hərbi qüvvələrinin istifadə etdiyi təlim obyektinə qarşı olduğu kimi bir neçə dəfə zərbələr endirib. Bu yaxınlarda isə İslam Dövləti qrupuna qarşı hücumların başlanmasından bəri dayandırılmış patrullar bərpa edilib.

Lakin təhlilçiər deyirlər ki, ABŞ İran tərəfindən dəstəklənən bu qrupların hücumlara görə cavabdeh tutulması üçün daha çox iş görməlidir.

İstefada olan kontr-admiral Mark Montqomeri, Demokratiyaları Müdafiə Fondunun baş elmi işçisi: “Biz bu hücumların normaya çevriləcəyini gözləyə bilmərik, çünki onlar əvvəl-axır uğurlu olacaq və ABŞ-ın itkiləri ilə nəticələnəcək”.

Demokratiyaları Müdafiə Fondunun (FDD) baş elmi işçisi, təqaüddə olan Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Mark Montqomeri deyir ki, administrasiya İsrail və Qəzza arasında müharibənin Yaxın Şərqə yayılmasının qarşısını almağa “həddən artıq çox” diqqət yönəldib.

İstefada olan kontr-admiral Mark Montqomeri: “Problem ondadır ki, onlar ABŞ qüvvələrinə qarşı təhdidlərin qarşısını ala bilmirlər. ABŞ qüvvələri ölümlə nəticələnən ciddi hücuma məruz qalarsa, ABŞ çox ağır cavab verməli olacaq. Bu sərt cavab əslində onların narahat olduqları gərginliyin artmasına səbəb olacaq.”

İranın dəstəklədiyi proksi qüvvələr quruda Amerika qüvvələrinə hücum edərkən, Yəməndə İranın dəstəklədiyi Husi militantları ABŞ hərbi və ticarət gəmilərinə dənizdə raket zərbələri endiriblər.

İstefada olan kontr-admiral Mark Montqomeri: “Bunlar son nəticədə dənizdə ölümlərə, daşıma məhdudiyyətlərinə, sığorta və daşıma tariflərinin artmasına gətirib çıxaracaq və qlobal iqtisadiyyata təsir göstərəcək”.

ABŞ hərbi qüvvələri hazırda dənizdə hücumlara cavab vermək üçün beynəlxalq koalisiya ilə işlədiyini bildirir, lakin bu cavabın nədən ibarət ola biləcəyini söyləməkdən imtina edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG