Accessibility links

Zəncanda bir edam məhkumu qətl etdiyi şəxsin ailəsi tərəfindən əfv edilib, Həmədanda bir məhkum asılıb


İranın Zəncan şəhərində bir edam məhkumunun qətlə yetirdiyi şəxsin ailəsi tərəfindən əfv edilərək ölüm cəzasından qurtulduğu, Həmədanda isə bir məhkumun asıldığına dair məlumat yayılıb.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (IHR) cümə günü yaydığı xəbərə görə, çərşənbə günü Həmədanın mərkəzi həbsxanasında asılan məhkum təqribən 3 il əvvəl narkotik maddə qaçaqmalçılığı ilə ələqədar mühakimə olunub və edam cəzası almışdı.

Hüquq müdafiə qurumu edam olunan şəxsin Həmədan kəndlərindən olan 27 yaşındakı Ramin Fəqiri olduğunu açıqlayıb.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, qətl ittihamı ilə qisasa məhkum olunmuş başqa bir şəxsin ölüm cəzası İran Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanımışdı, ancaq “qan sahiblərinin” (qətlə yetirilən şəxsin ailəsi) əfvi ilə hökmün icrası son anda dayandırılıb.

“Məhkumun edam hökmü çərşənbə günü səhər saatlarında icra ediləcək idi. Ancaq qan sahiblərinin razılığının alınması ilə birlikdə qatil dar ağacından qurtulub,” deyə İRNA Zəncan vilayətinin ümumi və inqilab prokuroru Behruz Abbasidən sitat gətirib.

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Forum

XS
SM
MD
LG