Accessibility links

Qalib Toğrul: Biz şüşə arxasından Qubad İbadoğlu ilə görüşdük


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı professor Qubad İbadoğlunun yaxınları (qardaşları) yanvarın 2-də Bakı İstintaq təcridxanasında onunla görüşüb.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə deyib.

“Biz dünən yenə şüşə arxasında onunla görüşdük. Yəni üzbəüz görüş olmadı. Səhhətində hər hansı bir dəyişiklik yoxdur. Səhhətində yenə həmən problemlər qalır. Bildiyiniz kimi Qubad bəyin Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin verdiyi vəsatəti Nərimanov Rayon Məhkəməsi və sonra Apellyasiya məhkəməsi təmin etməyib. Eyni zamanda onun səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı vəsatət də təmin edilməyib”, qardaşı deyib.

Onun sözlərinə görə, bayram günləri olduğuna görə, hələlik vəkillərlə görüş olmayıb.

Qalib Toğrul bildirib ki, dünyanın müxtəlif ölkələrindən iqtisadçı alimin yeni ilini təbrik edirlər və bu təbriklər davam edir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.

Bundan əlavə bu yaxınlarda xarici universitetlərdə dərs deyən bir qrup azərbaycanlı alim iqtisadçı professor Qubad İbadoğlunun azadlığa buraxılmasına köməklik göstərilməsi üçün prezident İlham Əliyevə müraciət edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG