Accessibility links

Azərbaycan İrana başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Nazirliyin X hesabında yaydığı başsağlığında deyilir: "İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", Xarici İşlər Nazirliyi bildirir.

İranın Təcili Tibbi Yardım Xidmətinin yaydığı son məlumata görə, yanvarın 3-də İranın Kirman şəhərində törədilən iki partlayış nəticəsində azı 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Hadisə minlərlə insanın general-leytenant Qasım Süleymaninin ölümünün dördüncü ildönümünü qeyd etdiyi Kirman Şəhidlər Xiyabanında baş verib.

Forum

XS
SM
MD
LG