Accessibility links

Blinken münaqişənin genişlənməsi riskinin artdığı vaxt Yaxın Şərqə səfər edir


ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi ilə bir həftəlik səfəri çərçivəsində Əmmanda İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə görüşüb, 7 yanvar 2024.
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi ilə bir həftəlik səfəri çərçivəsində Əmmanda İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə görüşüb, 7 yanvar 2024.

ABŞ dövlət katibi Antoni Blinken bazar günü İordaniyaya səfər edərək, İordaniya kralı II Abdullah və xarici işlər naziri Ayman Safadi ilə görüşüb. Blinken həmçinin Ümumdünya Ərzaq Proqramının Qəzzaya yardım daşıyan yük maşınlarının yükləndiyi anbarını da ziyarət edib.

İordaniya Blinkenin İsrail və HƏMAS arasında müharibənin davam etdiyi regiona səfərinin növbəti dayanacağıdır. İordaniya və digər ərəb ölkələri oktyabrda başlayan münaqişədən sonra dərhal atəşkəs tələb etsə də, İsrail bu çağırışa müqavimət göstərib.

Blinken İsrailin Qəzzada hərbi əməliyyatlarını kəskin tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar apardıqdan sonra şənbə günü axşam saatlarında jurnalistlərə bildirib ki, Türkiyə Qəzzada münaqişədə gərginliyini azaltmaq və onun yayılmasının qarşısını almaq üçün Yaxın Şərqdə mühüm ölkələr üzərində öz təsirindən istifadə etməyə hazırdır.

ABŞ dövlət katibi Blinken və Türkiyə prezidenti Ərdoğan İstanbulda görüş keçiriblər, 6 yanvar, 2024.
ABŞ dövlət katibi Blinken və Türkiyə prezidenti Ərdoğan İstanbulda görüş keçiriblər, 6 yanvar, 2024.

Blinken yanvarın 6-da səhər saatlarında İstanbulda prezident Ərdoğanla, daha sonra Kritdə Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşlər keçirib. ABŞ dövlət katibi Qəzza zolağında eskalasiyanı və regional gərginliyi azaltmaq məqsədi ilə bu həftə Yaxın Şərqə diplomatik turneyə başlayıb.

Blinkenlə keçirdiyi görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzada “dərhal atəşkəs”ə və humanitar yardımın fasiləsiz axınına çağırıb. Türkiyənin diplomatik mənbələrinə görə, Fidan həmçinin iki dövlətli həll üzrə danışıqların dərhal başlamasını müdafiə edib.

ABŞ Dövlət Katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi daşıyan səfəri zamanı Ümumdünya Ərzaq Proqramının (WFP) anbarını ziyarət edir, Əmman, İordaniya, 7 yanvar 2024.
ABŞ Dövlət Katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi daşıyan səfəri zamanı Ümumdünya Ərzaq Proqramının (WFP) anbarını ziyarət edir, Əmman, İordaniya, 7 yanvar 2024.

Birləşmiş Ştatlar həm israillilər, həm də fələstinlilər üçün davamlı sülhə və təhlükəsizliyə çağırır. Bununla fələstinlilərin siyasi hüquqlarının əldə edilməsi, İsrail üçün təhlükəsizlik zəmanəti ilə Fələstin dövlətinin yaradılması nəzərdə tutulur.

Blinken Kritdə Qəzza zolağında mülki şəxslərə həyati əhəmiyyətli humanitar yardımın çatdırılmasında ölkənin davamlı dəstəyinə görə Yunanıstanın baş naziri Mitsotakisə təşəkkür edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Blinken Yunanıstanın Qırmızı dənizdə gəmiçilik azadlığına sadiqliyinə görə minnətdarlığını bildirib.

Bu, xüsusilə Yəməndə Husilərin HƏMAS ilə həmrəy olaraq dənizdə gəmilərə hücum etdiyi vaxt əhəmiyyət daşıyır.

Blinkenin Yaxın Şərqə dördüncü səfəri müharibədən zərər çəkmiş Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün intensiv diplomatik səylər və fələstinlilər arasında mülki itkilərin sayını azaltmaq üçün İsrailə beynəlxalq təzyiqlərin artması fonunda baş verir.

ABŞ dövlət katibi səfəri zamanı həmçinin xarici həmkarları və digər rəsmilərlə görüşmək üçün Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.

Forum

XS
SM
MD
LG