Accessibility links

Qəzzada humanitar məkan daraldıqca sağlamlıq fəlakəti baş qaldırır


Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri Qəzza zolağında müalicə və yardım üçün humanitar məkanın daralması səbəbindən humanitar və sağlamlıq fəlakətinin baş verdiyi barədə xəbərdarlıq edib.

ÜST-nin Təcili Tibbi Yardım Qruplarının koordinatoru Şon Keysi deyib: "Eyni zamanda bu humanitar fəlakətin gözümüzün önündə baş verdiyini görürük, səhiyyə sisteminin çökdüyünü görürük. Xəstəxanalar bağlanır, xəstələrin səhiyyə müəssisələrinə çıxışı yoxdur, tibb işçiləri təhlükəsizlikləri üçün qaçmaq məcburiyyətində qalır".

Son beş həftədir Qəzzada olan Keysi "səhiyyə xidmətlərində dramatik bir fasilə və tibb işçilərinə çıxışın dramatik şəkildə itirilməsi" gördüyünü təsviredib: "Cərrahiyyə əməliyyatını gözləyən yüzlərlə və minlərlə xəstə var və bu, humanitar məkanın daralması və Qəzza zolağında səhiyyə xidmətlərinin azalması olaraq davam edir".

Çərşənbə axşamı Rəfahdan jurnalistlərə Əl-Əqsa xəstəxanasına son səfəri ilə bağlı danışan Keysi oradakı vəziyyətni şokedici olduğunu, çox sayda xəstə və müharibə yaralısına qulluq etmək üçün çox az tibbi personalın olduğunu deyib.

HƏMAS terrorçularının oktyabrın 7-də İsraili vəhşicəsinə işğal edib, 1200-dən çox insanı öldürüb və 220-yə yaxın girovu götürməsindən sonra Qəzzada ən azı 23 084 fələstinli öldürülüb, onların 70%-i qadın və uşaqlardır.

Eyni müddət ərzində 58 926 fələstinlinin yaralandığı bildirilir. Oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin ərazisində səhiyyə müəssisələrinə 590 hücumu sənədləşdirən ÜST dekabrın 26-dan etibarən Qəzza zolağının şimal hissələrinə planlaşdırılan altı missiyanı ləğv etmək məcburiyyətində qalıb.

Təşkilat həmçinin Qəzza zolağında 304 hücumun 606 nəfərin ölümü və 774 nəfərin yaralanması ilə nəticələndiyini bildirib. Hücumlar 94 səhiyyə müəssisəsinə, o cümlədən Qəzzada 36 xəstəxanadan 26-sına ziyan vurub.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi UNRWA-nın məlumatına görə, təxminən 1,9 milyon insan və ya Qəzzanın ümumi əhalisinin təxminən 85%-i məcburi köçkün vəziyyətindədir.

Forum

XS
SM
MD
LG