Accessibility links

Urmiyə gölünün yaxınlığında polis qüvvələri aksiya keçirən kəndlilərə hücum edib


Qara Qışlaq kəndi sakinlərinin etiraz aksiyası (Hana Xəbər Salmas Instagram hesabı)
Qara Qışlaq kəndi sakinlərinin etiraz aksiyası (Hana Xəbər Salmas Instagram hesabı)

Qərbi Azərbaycan vilayətində Urmiyə gölünün şimal sahillərində yerləşən Qara Qışlaq kəndinin sakinləri kəndin ərazisi və otlaqlarında böyük sodium karbonat zavodunun tikintisinə etiraz edərkən İranın polis qüvvələrinin hücumuna məruz qalıblar.

Etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan videolarda çevik polis qüvvələrinin motosikletlə etirazçıları bölgədən uzaqlaşdırdığı görünür.

Bəzi mənbələr etiraz qatılan kəndlilərdən bir neçəsinin nəzarət altına alındığını yazıblar. Bir neçə etirazçının isə yaralandığı bildirilib.

Qara Qışlaq kəndi Urmiyənin şimalındakı Salmas şəhərinin Ləkistan bölgəsində yerləşib. Rəsmi dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, sodium karbonat fabrikinin tikintisi bölgənin 300 hektarlıq ərazisində başladılıb.

Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumata görə, fabrik 4 minə yaxın əhalisi olan Qara Qışlaq kəndi ilə Urmiyə gölü arasında yerləşən və bölgə sakinlərinin “Cəbəl” adlandırdığı ərazidə tikilir.

Onsuz da Urmiyə gölü ətrafında yaşanan ekoloji fəlakətdən əziyyət çəkən kənd sakinləri fabrikin işə düşməsi ilə su və ətraf mühit böhranının daha da kəskinləşəcəyindən qorxurlar.

Əhali ortaq otlaqları olan “Cəbəl” bölgəsinin dövlət tərəfindən zəbt edilib və “Kaveh Soda” adlı şirkətə verilməsinə etiraz edir. Onlar həmçinin deyir ki, zavodun su etiyacı üçün qazılacaq quyular bölgədə su böhranını dərinləşdirib və buraxılacaq tullantı sular bölgənin suyunu və torpağı çirkləndirəcək.

Hana Xəbər Salmas adlı bir Instagram hesabının yanvarın 9-da paylaşdığı bir videoda etiraz üçün toplaşan bəzi kəndlilərin kəfən geydiyi görünür. Videoda kəfən geyən bir kəndli qadın “Cəbəl torpağı” adlı bir şeir oxuyur. O, deyir ki, “xəstəyə dərmandır Cəbəl torpağı.”

Başqa bir etirazçı deyir ki, “biz bu nizama müxalif deyilik. Biz çox şəhid vermişik. Təhqiqat etmişik ki, o ağa (şirkətin sahibi) istəyir burada 10-12 dənə dərin quyu qazsın. Urmiyə gölünün vəziyyətini görürsünüz. Burada quyu qazmaq bizim kəndin batması deməkdir. İndi yaxındakı Yavşanlı və Kəngərli kəndləri də gəlib buradan su aparır. Bu quyular kəndləri batırar.”

Dövlət agentliyi İRNA yanvarın 9-da yazıb ki, “İslam Respublikasına düşmən media fabriklə bağlı yalan məlumat yayaraq bölgədə narazılıq yaratmağa çalışır.” İRNA kəndlilərin məruz qaldığı polis zorakılığına dair məlumat yaymayıb.

Hana Xəbər Salmas hesabının paylaşdığı videonun bir hissəsində də Salmas şəhərinin icra başçısı Zəbihullah Kazımi fabrikin tikintisini müdafiə edir. Kazımi dərin quyuların qazılacağı və tullantı suların ətraf mühitə ziyan vuracağına dair məlumatın doğru olmadığını önə çəkir. Ancaq, o eyni zamanda, fabrikin su ehtiyacının Urmiyə gölünün su haqqından təmin ediləcəyini və tullantı suların da Urmiyə gölünə buraxılacağını ifadə edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG