Accessibility links

Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız gedə bilər


Yanvarın 10-da Henley & Partners şirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanan dünya pasport indeksini açıqlayıb.

İlk dəfə altı ölkə rekord sayda vizasız səyahət ilə birinci yeri tutub: Almaniya, İtaliya, İspaniya, Fransa, Sinqapur və Yaponiya. Bu ölkələrin pasport sahibləri 227 ölkədən 194-nə vizasız səyahət edə bilər.

Cənubi Koreya, Finlandiya və İsveç vətəndaşları vizasız 193 istiqamətə, Avstriya, Danimarka, İrlandiya və Hollandiya vətəndaşları isə 192 istiqamətə səyahət edə bilər.

Böyük Britaniya vətəndaşları 191, ABŞ vətəndaşları isə 187 ölkəyə vizasız gedə bilər.

Ötən il Azərbaycan Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə vizasız yerdəyişmə haqqında sazişlər imzalayıb və bununla da Azərbaycan pasportu ölkə vətəndaşlarına dünyanın 72 ölkəsinə vizasız giriş imkanı verir.

Əlavə edək ki, Ermənistan vətəndşaları 68, Türkiyə vətəndaşları isə 118 ölkəyə vizasız daxil ola bilər.

Dünya pasportlarının indeksi onların sahiblərinin vizasız giriş əldə edə biləcəyi (və ya gəldiyində viza ilə daxil ola biləcəyi) istiqamətlərin sayına görə bütün dünya pasportlarının reytinqidir. Reytinqi 19 il öncə Henley & Partners şirkətlər qrupunun təsisçisi Kris Kelin yaradıb.

Forum

XS
SM
MD
LG