Accessibility links

İşçi Masasının İdarə Heyəti üzvü saxlanılma şəraitindən narazıdır


Ayxan İsrafilov
Ayxan İsrafilov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Ayxan İsrafilov səhhəti ilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir.

Hazırda Şüvəlan İstintaq Təcridxanasında saxlanılan fəal məhkəmədə dövlət ittihamçısının da şikayətinə etiraz etməməsinə baxmayaraq hakim onun müraciətini təmin etməyib.

Ailəsi Amerikanın Səsinə bildirib ki, Ayxan İsrafilovu elektrik cərəyanı vurandan sonra ağır bədən xəsarətləri alıb və ona III qrup əlillik dərəcəsi təyin edilib. Yaxınları deyir ki, Şüvəlan İstintaq Təcridxanasında saxlanılma şəraiti onun sağlamlıq vəziyyətinə uyğun deyil.

Fəalın sözlərinə görə, kamerada məhbusların sayı normadan çoxdur:

"Bəzən 10 nəfərlik otaqda 15-20 nəfər saxlanılır. Kamerada havalandırma zəifdir. Üstəlik, o qədər soyuqdur ki, ona göndərilən yorğan və isti geyimlər yetərli olmur. Ailəsi tərəfindən göndərilən döşək isə qəbul edilmir".

Ayxan İsrafilovun ailəsi onun vəziyyətindən narahatdır və saxlanılma şəraitinin yaxşılaşdırılması üçün Ayxanın 1 saylı İstintaq Təcridxanasına köçürülməsində israr edir.

Ayxan İsrafilov avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

O, ittihamları qəbul etmir və həbsini öz fəaliyyəti ilə əlaqələndirir.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə sentyabrın 20-də həbs olunub. Təşkilatın digər üzü Elvin Mustafayev də narkotik ittihamı ilə həbs olunub.

Hazırda Elvin Mustafayev və Ayxan İsrafilovun cinayət işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG