Accessibility links

Kubada Radio Marti-nin əməkdaşı həbs edilib


Oskar Elias Bisket
Oskar Elias Bisket

Radio Marti-nin əməkdaşı çərşənbə axşamı səhər Havanada Kuba səlahiyyətliləri tərəfindən həbs edilib.

ABŞ-ın Qlobal Media Agentliyindən verilən açıqlamaya görə, Radio Marti-nin əməkdaşı Oskar Elias Bisket Havanadakı evindən çıxarkən həbs edilib və heç bir izahat verilmədən saxlanılıb.

Amerikanın Səsi kimi Radio Marti də ABŞ Konqresi tərəfindən maliyyələşdirilir, lakin redaksiya baxımından müstəqildir.

Radio Marti-yə nəzarət edən Kuba Yayım Ofisinin direktoru Silvia Rosabal Bisketin həbsini pisləyib və onun dərhal azad edilməsinə çağırıb. Rosabal açıqlamasında həbsi “Kubada insan haqları axtarışını susdurmaq üçün aşkar cəhd” adlandırıb.

"Kubalı rəsmilərin yol verdiyi bu pozuntu bütün insanların hüquqları ilə bağlı narahatlığını ifadə etməyə cəsarət edən hər kəs üçün növbəti xəbərdarlıq hesab edilməlidir" - deyə, o bildirib.

Kubanın Vaşinqtondakı konsulluğu Amerikanın Səsinin şərh tələb edən e-poçtuna hələ cavab verməyib.

ABŞ Prezidentinin Azadlıq medalı ilə təltif olunan Bisket bütün dünyada və Kubada insan haqlarını işıqlandırması ilə tanınır. Biscet keçmişdə dəfələrlə həbs olunub.

Kuba hökumətini devirmək üçün Birləşmiş Ştatlarla işləmək ittihamı ilə 25 il həbs cəzasına məhkum edildikdən sonra o, 2011-ci ildə beynəlxalq təzyiqlərlə azadlığa buraxana qədər təxminən on il həbsdə olub. Onun son həbsi Kubada demokratiya və insan haqlarını təşviq etmək üçün əsası qoyulan Bisket kampaniyası olan Emilia Layihəsinin illik toplantısına təsadüf edir.

Kuba rəsmiləri Bisketi düz bir il əvvəl, Emilia Layihəsinin 2023-cü il iclasından az öncə saxlayıb. Həmişə mövcud olan təhlükəsizlik risklərinə baxmayaraq, Bisket Kubanı tərk etməkdən imtina edbi.

Sərhədsiz Reportyorların məlumatına görə, 180 ölkə arasında mətbuat azadlığına görə Kuba 172-ci yerdədir.

Forum

XS
SM
MD
LG