Accessibility links

Blinken: Husilərin hücumları davam etsə, fəsadlar olacaq


Blinken Husilərin hücumları davam etsə bunun nəticələri barədə xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:03:05 0:00

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə növbəti diplomatik turunu yekunlaşdırıb. O, İranı Yəməndə Husilərə Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara kömək etməkdə günahlandırıb və hücumların davam edəcəyi təqdirdə bunun fəsadalarının olacağı ilə bağlı xəbərdarlıq edib.

Dövlət katibi Antoni Blinken Yaxın Şərqdə doqquz ölkəni əhatə edən səfərini cümə axşamı Misirin paytaxtı Qahirədə başa vurub. Blinken bildirib ki, onun regionda keçirdiyi görüşlər İsrail və HƏMAS arasında müharibənin yayılmasının qarşısını almaq və Qəzza zolağında fələstinli mülki şəxslərə daha çox yardım göstərməyə nail olmaq məqsədi daşıyırdı.

Blinkenin bildirdiyinə görə, İsrailin HƏMAS militant qruplaşmasına qarşı əməliyyatlarının başa çatmasından sonra Qəzza zolağında idarəetmənin planlaşdırılmasına Yaxın Şərq ölkələrinin cəlb edilməsi məsələsində irəliləyiş əldə olunub.

ABŞ dövlət katibi Antoni Blinken: “Digər yol isə İranın dəstəklədiyi HƏMAS, Husilər, Hizbullah tərəfindən terrorizm, nihilizm, dağıntıları görməyə davam etməkdir. Əgər siz birinci yolu seçsəniz, bu inteqrasiyanı yaratsanız, İsraili cəlb etsəniz, təhlükəsizliklə bağlı lazımi öhdəliklər götürsəniz və Fələstin dövləti istiqamətində yolu tutsanız bu, İranı və onun bizim üçün və regionda demək olar ki hər kəs üçün çoxlu problemlər yaradan əlaltılarını təcrid etməyin, marginallaşdırmağın yeganə ən yaxşı yoludur”.

Blinken bildirib ki, o, İsrail liderlərinə regiondakı digər ölkələrin İsrailə təhlükəsizlik zəmanəti verməkdən məmnun olacaqlarını, lakin bunun İsrailin Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə hazır olması şərti ilə edəcəklərini deyib. İsrailin hazırkı hökuməti HƏMAS-ın oktyabrın 7-də 1200 israillinin ölümü ilə nəticələnən və müharibənin başlamasına gətirib çıxaran hücumlarından əvvəl də qəti şəkildə Fələstin dövlətinə qarşı çıxırdı.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-a qarşı hücumları Qəzza zolağının 2,3 milyon əhalisinin əksəriyyətinin didərgin düşməsi və 23 mindən çox fələstinlinin ölümü ilə nəticələnib.

Regionda gərginliyin artdığı bir vaxt İran cümə axşamı günü Oman körfəzində neft tankerini ələ keçirib və ABŞ-ın keçən il eyni gəmini və onun neftini müsadirə etdiyinə görə qisas aldığını deyərək, gəmini İran limanına yönləndirdiyini bildirib.

Dövlət Departamentinin sözçüsü Vedant Patel buna reaksiya göstərib.

“İran hökuməti gəmini və onun ekipajını dərhal azad etməlidir. Ticarət gəmisinin bu qeyri-qanuni ələ keçirilməsi İranın son hərəkətidir və ya beynəlxalq ticarəti pozmaq üçün son addımıdır,” Vedant Patel bildirib.

Ekspertlərdən biri Amerikanın Səsinə bildirib ki, İranın tankeri ələ keçirməsi ehtimal ki, ABŞ və İran arasında tanış olan qisas tədbirlərinin bir hissəsidir.

Yaxın Şərq İnstitutunun ekspertri Aleks Vatanka: “Beləliklə, bu nöqtədə mən daha çox onu deməyə meylliyəm ki, bu, onların sadəcə olaraq qaçıra bilməyəcəyi bir fürsət idi. Tanker İranın su ərazilərinə yaxın yerə qayıdıb və onlar hərəkətə keçib tankeri ələ keçiriblər”.

Vatanka bildirib ki, nə Vaşinqton, nə də Tehran İsrail və HƏMAS arasında müharibənin Yaxın Şərqdə genişmiqyaslı regional müharibəyə çevrilməsində maraqlı deyil.

Forum

XS
SM
MD
LG