Accessibility links

Tələbə fəal Məhəmməd Şəbahəti Evin həbsxanasına köçürülüb


Azərbaycanlı tələbə fəalı Məhəmməd Şəbahəti
Azərbaycanlı tələbə fəalı Məhəmməd Şəbahəti

Azərbaycanlı tələbə fəal Məhəmməd Şəbahəti təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra həbs cəzasını çəkmək üçün Evin həbsxanasına köçürülüb.

Onun Tehranın Evin həbsxanasına köçürülməsi xəbərini dərc edən HRA xəbər agentliyi Şəbahətinin Apellyasiya məhkəməsinə şikayətinin hələ araşdırılmadığını və bununla bağlı heç bir nəticənin açıqlanmadığını yazıb.

Beləliklə, tələbə fəalının şikayətinin nəticəsi açıqlanmadan onun barəsində ilkin məhkəmədə verilən hökm icra edilib.

Şəbahəti 2020-ci ilin noyabrında Tehran İnqilab Məhkəməsi tərəfindən qiyabi olaraq, "milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamından günahkar tanınıb və 5 il həbs cəzasına məhkum edilmişdi. Tehran Universitetinin tələbəsinin yanvarın 9-da həbsi həmin hökmün icra edilməsi məqsədilə həyata keçirilib.

"Ölkə Tələbələri Sinfi Şuraları" Telegram kanalı bildirib ki, fəal məhkəmədən hökmün icrası barədə bildiriş göndərilmədən həbs edilib. Tələbə fəal semestr imtahanlarına hazırlandığı ərəfəsində saxlanıldığı və 2022-ci ilin ümummilli etirazları fonunda həbs edilməsindən sonra iki semestr təhsildən kənarlaşdırıldığı üçün bu son həbs onu yenidən universitetdən xaric olunmaq riski ilə üz-üzə qoyub.

Məhəmməd Şabahatinin keçən il yanvarın 9-da müvəqqəti azadlığa buraxılmasından sonra Tehran Universitetinin nizam-intizam komitəsi onun iki semestr təhsildən məhrum edilməsinə qərar vermişdi.

Şabahati Azərbaycan əsilli tələbədir və Tehranda yaşayır. O, Tehran Universitetinin Sosial Elmlər Fakültəsinin Antropologiya ixtisası üzrə təhsil alır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG