Accessibility links

Azərbaycanlı şagirdlər ABŞ-da keçirilən Kopernik Olimpiadasında 21 medal qazanıb


Azərbaycanlı şagirdlər ABŞ-da keçirilən Kopernik Olimpiadasında (Mənbə: Global Olympic Center)
Azərbaycanlı şagirdlər ABŞ-da keçirilən Kopernik Olimpiadasında (Mənbə: Global Olympic Center)

Azərbaycanlı şagirdlər ABŞ-nin Texas ştatında keçirilən Beynəlxalq Kopernik Olimpiadasında 2 qızıl, 12 gümüş, 7 bürünc medal qazanıb.

Azərbaycanı Global Olympic Center-in rəhbərliyi altında 24 nəfərlik müxtəlif məktəblərdə təhsil alan istedadlı şagirdlər təmsil edib.

Global Olympic Center bildirir ki, Beynəlxalq Kopernik Olimpiadasında şagirdlər Fizika və Astronomiya üzrə 3, Təbiət elmləri üzrə isə 5 kateqoriyada mübarizə aparıb.

“28 ölkənin iştirak etdiyi final mərhələsində şagirdlərimiz müxtəlif kateqoriyalarda 7 bürünc, 12 gümüş və 2 qızıl medal qazanıb. Qızıl medalçılarımızdan Yusif Tahirli dünya ikincisi, Qaraxan Cəlilsoy isə dünya üçüncüsü adına layiq görülüb. Şagirdlərimiz müxtəlif əyyarlı medallar, sertifikatlar və elektronik hədiyyələr əldə ediblər”, məlumatda qeyd edilir.

Global Olympic Center 14 avqust 2022-ci ildə fəaliyyətə başlayıb. Global Olympic Center-in məqsədi dünyanın aparıcı beynəlxalq fənn olimpiadaları və müsabiqələrini tamamilə şəffaf bir şəkildə təşkil etməklə məktəblilərin elmə marağını artırmaqdır. Mərkəz beynəlxalq təcrübə əsasında müxtəlif fənn olimpiadaları, yarışmalarını təşkil edir.

Təşkil etdiyi təbirlərdə minlərlə şagird iştirak edib və 900-dən çox könüllü bu olimpiadaların, yarışmaların uğurla həyata keçirilməsinə dəstək verib.

Forum

XS
SM
MD
LG