Accessibility links

Məhsa Əmininin işini işıqlandırdıqlarına görə həbsdə olan iranlı jurnalistlər zəmanətlə “müvəqqəti” azadlığa buraxılıb


Şərq News Online tərəfindən 2024-cü il yanvarın 14-də çəkilmiş bu fotoda iranlı jurnalistlər Nilufər Hamidi (sağda) və İlahə Məhəmmədi (solda) Tehranda Evin həbsxanasından zaminə buraxıldıqdan sonra qələbə işarəsi nümayiş etdirirlər.
Şərq News Online tərəfindən 2024-cü il yanvarın 14-də çəkilmiş bu fotoda iranlı jurnalistlər Nilufər Hamidi (sağda) və İlahə Məhəmmədi (solda) Tehranda Evin həbsxanasından zaminə buraxıldıqdan sonra qələbə işarəsi nümayiş etdirirlər.

İranın məhkəmə sisteminin bildirdiyinə görə, Məhsa Əmininin 2022-ci ildə həbsdə olarkən ölümünü işıqlandırmaq ittihamı ilə uzun müddətə azadlıqdan məhrum edilən iki iranlı jurnalist hökmlərindən verilən apellyasiya şikayətinə qədər girov müqabilində “müvəqqəti azadlığa buraxılıb”.

Yanvarın 14-də müvafiq olaraq 13 və 12 il həbs cəzasına məhkum edilmiş jurnalistlər Nilufər Hamidi və İlahə Məhəmmədi Tehranın Evin həbsxanasını tərk ediblər.

İranın dövlət mediasının verdiyi məlumata görə, jurnalistlərin ölkəni tərk etməsinə qadağa qoyulub.

Qlobal səviyyədə iki jurnalistin azadlığa buraxılmalarına dair çağırışlara baxmayaraq, onlar 17 aydır həbsdədir.

“Nilufər Hamidi və İlahə Məhəmmədi sadəcə olaraq Məhsa Əmininin İrşad polisi tərəfindən öldürülməsi xəbərini və onun dəfn mərasimini işıqlandırdıqlarına görə cəzalandırılırlar”, ABŞ-da fəaliyyət göstərən fəallar və keçmiş iranlı siyasi məhbuslar tərəfindən idarə olunan “United For Iran” qeyri-kommersiya təşkilatının 2023-cü ilin oktyabrında açıqladığı bəyanatında deyilir.

“Nilufər Hamidi və İlahə Məhəmmədi əsassız ittihamlarla həbsdədir”- deyə, bəyanatda daha sonra bildirilir. “Məhkəmə [onlara] və digər siyasi məhbuslara qarşı bu əsassız ittihamları ləğv etməlidir”, sənəddə qeyd edilir.

Hamidi qızlarının baş örtüyü qaydalarını pozduğu iddiası ilə polis tərəfindən saxlanıldıqdan sonra komada olan zaman Əmininin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdığı fotonu çəkib.

Hamidinin fotosunun Twitter sosial media platformasında yayımlanması mediada Əmininin işinin ilk dəfə qeyd edilməsi idi. Bu, jurnalistin bir neçə gün sonra həbs olunmazdan əvvəl son paylaşımlarından biri olub.

Məhəmmədi 22 yaşlı Əmininin ölümündən sonra ölkəni bürüyən kütləvi etirazların başladığı doğma Sagez şəhərində dəfn mərasimini işıqlandırıb.

Bu etirazlar amansız repressiya ilə qarşılandı və 1979-cu il İran inqilabından sonra İslam Respublikası hökumətinin üzləşdiyi ən ciddi problemlərdən birinə çevrildi.

Avropa Parlamenti 2023-cü il Saxarov Fikir Azadlığı Mükafatını Əmini və onun ölümündən sonra yaranan Qadın, Həyat, Azadlıq hərəkatına verib. İran hakimiyyəti Əmininin valideynləri və qardaşının 2023-cü ilin dekabrında mükafatı almaq üçün xaricə getməsinə icazə verməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG