Accessibility links

Azərbaycan Talışlarının İctimai Şurası ictimai fəalın həbsini pisləyən bəyanatla çıxış edib


Ruslan Vahabov (Mənbə: Sosial şəbəkə)
Ruslan Vahabov (Mənbə: Sosial şəbəkə)

Azərbaycan Talışlarının İctimai Şurası (ATİŞ) ictimai fəal Ruslan Vahabovun narkotik ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü pisləyən bəyanatla çıxış edib.

Vahabovla bağlı hökmü yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi verib.

ATİŞ hesab edir ki, Vahabov saxta ittihamla təqib olunur, belə ki, Vahabovun təqsirinin etibarlı dəlili təqdim edilməyib. Bütün ittiham polis işçilərinin iddiaları üzərində qurulub, istintaq isə narkotiklərin mənşəyini müəyyən etməyib.

ATİŞ hesab edir ki, Vahabovun həbsinin əsl səbəbi sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid etməsidir.

ATİŞ onu dərhal azad etməyə çağırır.

Müttəhimin vəkili Aqşin Kərimovun qeyd edib ki, Vahabov ilk olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub (5 ildən 12 ilədək azadlıqdan məhrumetmə).

Lakin istintaq zamanı ittiham 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan daha yüngül maddəyə tövsif edilib (234.1.1 - satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi, saxlanılması).

Kərimovun sözlərinə görə, Vahabov özünü təqsirli bilmir, müdafiə tərəfi hökmdən apellyasiya instansiyasına şikayət verəcək və bəraət istəyəcək.

Vahabov bu ilin sentyabrında saxlanılıb. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyi bu bəəayanata hələ münasibət bildirməyib. Nazirliyin mətbuat xidməti bir qayda olaraq belə bəyanatları qəbul etmir və həbs edilən şəxsin müdafiəsi üçün edildiyini bildirir.

Azərbaycan Talışlarının İctimai Şurası 2019-cu il dekabrın 7-də təsis edilib.

Təşkilat fəaliyyətinin Azərbaycanın dünyada müsbət tolerantlıq imicinin və dövlətçilik ənənələrinin güclənməsinə, Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun sürətlənməsinə xidmət edəcəyini bildirib.

“Biz - Azərbaycan Respublikasının talış əsilli vətəndaşları olaraq, ölkəmiz üçün bu işdə öz xidmətimizi və töhfələrimizi əsirgəməyəcəyik”, təşkilatın təsis bəyanatında deyilir.

Forum

XS
SM
MD
LG