Accessibility links

Güneyli fəal İbrahim Rəşidi Ərdəbil həbsxanasına köçürülüb


Güneyli jurnalist İbrahim Savalan
Güneyli jurnalist İbrahim Savalan

Bu gün, yanvarın 15-də milli fəal və jurnalist İbrahim Rəşidi (Savalan) Təbriz Kəşfiyyat İdarəsindən Ərdəbil Mərkəzi Həbsxanasına aparılıb.

Bununla bağlı azərbaycanlı jurnalistə aid İnstagram hesabında məlumat yayılıb.

Dekabrın 30-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və dindirilmək üçün Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılan İbrahim Savalan 17 günlük həbs və sorğu-sualdan sonra Ərdəbil həbsxanasına köçürülüb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi əslən Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərindən olan jurnalistə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat yayıb. Həmin xəbərə görə, Meşkinşəhr Prokurorluğunda ona qarşı "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı irəli sürülüb.

Rəşidinin həbs edilməsinin sosial media platformalarında olan hesablarında yayımladığı qeydlərindən biri ilə əlaqədar olduğu ehtimal olunur.

İbrahim Rəşidi daha öncə də dinc siyasi fəaliyyətinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və məhkəmələr tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib.

Forum

XS
SM
MD
LG