Accessibility links

Qardaşı Əziz Orucovun səhhətindən narahatdır


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

Yanvarın 16-da "Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucovun işi ilə bağlı istintaq hərəkətlərinin aparılması üçün Səbail Rayon Polis İdarəsinə gətirildiyi bildirilir. Bu barədə onun qardaşı Anar Orucov məlumat yayıb.

Qardaşının sözlərinə görə idarədə saxlanma şəraiti olduqca pisdir, dindirmə zamanı məhkumlar zirzəmidə saxlanır, havasızlıq, şəraitsizlik hökm sürür.

"Bundan əvvəlki dindirmə zamanı Əzizin halı pisləşib və üstünə Təcili Tibbi Yardım çağırılıb. Bunu nəzərə almadan müstəntiq yenidən eyni addımı atıb. Əzizin səhhətində yaranacaq hər hansı problemlərlə bağlı istintaq orqanı, istintaqı həyata keçirən müstəntiq və həbsin sifarişçiləri birbaşa məsuliyyət daşıyır. İctimai diqqətin bu məsələyə yönəlməsi vacibdir", o bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

"Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

"Kanal 13"ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə "Kanal 13"-ə giriş məhdudlaşdırılıb.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG