Accessibility links

Tailandda atəşfəşanlıq fabrikində baş verən partlayış nəticəsində 18 nəfər ölüb


Xilasedicilər bildirib ki çərşənbə günü Tailandın mərkəzində atəşfəşanlıq fabrikində baş verən partlayış nəticəsində ən azı 18 nəfər həlak olub.

"On səkkiz ölü tapıldı, təsdiqləndi" -deyə, xilasedici bildirib. Əvvəlki təxminlərə görə 20-yə yaxın insan ölüb.

Partlayış saat 15:00 radələrində (GMT 08:00) mərkəzi Suphan Buri əyalətindəki Sala Khao qəsəbəsi yaxınlığında baş verib.

Polis AFP agentliyinə deyib ki, səlahiyyətlilər hələ də ölənlərin rəsmi sayını araşdırır.

Polis polkovniki Teerapoj Ravanqban AFP-yə deyib: "Ölənlər olub, biz neçə nəfərin öldüyünü yoxlayırıq". "Biz digər evlərə və ya (yaxınlıqda) icmada yaşayan insanlara daha çox ziyan görmürük" dedi.

Partlayışa nəyin səbəb olduğu barədə məlumat verilməyib.

Yerli xilasetmə xidməti tərəfindən paylaşılan görüntülərdə yerdə metal qalıqları və böyük qara tüstü əks olunub.

Tailandda fişəng və digər pirotexniki vasitələr istehsal edən sexlərdə partlayışlar nadir hal deyil.

Ötən il Narativat əyalətinin cənubundakı Sunqay Kolok şəhərində atəşfəşanlıq anbarında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Cənub-şərqi Asiya krallığının tikinti sektorunda da təhlükəsizlik göstəriciləri zəifdir və ölümlə nəticələnən qəzalar tez-tez baş verir.

Forum

XS
SM
MD
LG