Accessibility links

ABŞ qüvvələri yenidən Yəməndə husilərin obyektlərini vurdu


ABŞ hərbi qüvvələri husilərin nəzarəti altında olan obyektlərə yeni raket zərbələri endiriblər. Bununla da dördüncü dəfədir ki, ABŞ Yəməndə Husiləri birbaşa hədəf almış olur.

Qırmızı Dənizdən atılmış raketlər 10-dan çox obyekti vurub.

Raket zərbələri Birləşmiş Ştatlar husiləri qlobal terroristlər siyahısına saldıqdan bir gün sonra endirilib.

Rəsmən terroristlər siyahısına düşmək zorakı ekstremist qruplaşmaların maliyyə mənbələrini məhdudlaşdırır.

Husilərə məxsus Masirah TV Telegram hesabında bildirib ki, raket zərbələri Dhamar, Hodieda, Taiz, əl-Bayda və Saada vilayətlərində qeydə alınıb.

Ötən cümə günü ABŞ və Britaniya qüvvələrinin Yəmən boyunca 60 obyekti vurmasına baxmayaraq, husilər ticari və hərbi gəmilərə təhdidlərini davam etdirirlər.

Çərşənbə günü husilərin nəzarət etdiyi ərazidən ABŞ-a məxsus gəmiyə dron hücumu təşkil edilib.

Birləşmiş Ştatlar habelə İrana xəbərdarlıq edib ki, husiləri silahlandırmağa son qoysun.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG