Accessibility links

Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən Rail Abbasovun həbs müddəti uzadılıb


Rail Abbasov
Rail Abbasov

Yanvarın 18-də Bakı Nəsimi rayon məhkəməsində istintaqın siyasi fəal Bəxtiyar Hacıyevin hüquqlarının müfafiəsində fəal iştirak edən Rail Abbasovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə , məhkəmə Rail Abbasovun həbs müddətini daha iki ay uzadıb.

Onun sözlərinə görə, məhkəmə prosesində Rail Abbasov da iştirak edib.

“Səhhəti normaldır. Saxlanma şəraitindən şikayəti yoxdur. Onun həbsdə qalması və ya həbs-qətimkan tədbirinin uzadılması üçün heç bir maddi və prossesual əsaslar yoxdur”, vəkil qeyd edib.

Vəkil bildirib ki, Rail Abbasov çıxışında qeyd edib ki, heç bir günahı olmadan şərlənərək həbs olunub.

Zibeydə Sadıqova birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırlatma

Rail Abbasov bu ilin iyunun 6-da Bakı şəhər Baş Polis İdarəsində istintaq tərəfindən saatlarla dindirildikdən sonra sərbəst buraxılıb.

Rail Abbasovun hüquqlarını müdafiə etdiyi Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Bakının Nəsimi rayon Məhkəməsi sentyabrın 20-də Rail Abbasov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Forum

XS
SM
MD
LG