Accessibility links

Yeni hesabata görə, şirkətlərin 80 faizi ofis davamiyyətini izləyəcək


10 şirkətdən 9-u isə işçilərin ofisə qayıtmaqdan imtina etsələr, işçilərə ofisdə işləmək üçün təşviqlər təklif edəcək.

Sorğuda iştirak edən şirkətlərin əksəriyyəti davamiyyətə nəzarət etmək üçün nişandan istifadə etməyi planlaşdırır (62%). Digərləri isə davamiyyəti əllə (50%), Wi-Fi vasitəsilə (50%), doluluq sensorlarından (43%) və ya işçinin masasının altına yerləşdirilən sensorlardan (38%) istifadə edərək izləməyi gözləyirlər.

2023-cü ilin dekabrında keçirilən Resume Builder sorğusunun iştirakçıları ən azı 11 işçisi olan şirkətlərin yüksək səviyyəli menecerləri olub. Sorğu göstərib ki, məhsuldarlıq müdirlərin işçilərini yenidən ofisə qaytarmaq istəməsinin əsas səbəbidir.

Onlar insanları işə qaytarmaq üçün happy hours (spirtli içkilərina şağı qiymətə satılması) (52%), yemək sifarişləri (46%) və təkmilləşdirilmiş ofis sahəsi (41%) kimi imtiyazlar təklif edəcək.

Bəzi işəgötürənlər maaş artımı (40%) və uşaq baxımı müavinətləri (37%) kimi üstünlüklər təklif edəcək.

Expertlərin fikrincə, yemək sifarişi yaxşı bir başlanğıcdır, lakin işçilərin həqiqətən dəyər verəcəyi şey, gediş-gəliş, uşaq baxımı, ev heyvanlarına qulluq və geyim üçün kompensasiyadır.

Sorğuda iştirak edən şirkətlərin 63%-i ofisə getməyin iş mədəniyyətini artıracağına, 29%-i isə ofisdə işləməyin yorğunluğu azaldacağına inanır.

Hər üç şirkətdən biri tələblərə əməl etməyən işçiləri işdən çıxaracağını deyir. Yarıdan çoxu (53%) bir işçinin maaşını azaltmağı düşünəcəklərini deyib.

Ofisə qayıtmağı alqışlaya biləcək qrup daha gənc insanlardır. Gənclərin öyrənilməsi üzrə ixtisaslaşmış məlumat kəşfiyyatı şirkəti olan Generation Lab 27 yaşına qədər olan Z nəslinin altı işçisindən beşinin ən azı üç gün ofisdə qalmaq istədiyini müəyyən edib.

Hələlik sorğuda iştirak edən şirkətlər işçilərin çox vaxt ofisdə olmasını gözləmirlər. 91faiz işçilərin ən azı ayda bir dəfə ofisdə olmasını istəyir, 75 faizi isə işçilərin ofisdən həftəlik işləməsini tələb edəcək.

Forum

XS
SM
MD
LG