Accessibility links

Ukrayna hərbi qüvvələri: Rusiya Ukraynada 376 030 həbrçisini itirib


Ukrayna hərbi qüvvələri bazar günü Rusiyanın Ukraynaya müdaxilədən sonra 376 030 həbrçisini itirdiyini bildirib. Hesabata ötən gün ərzində 760 itki də daxildir.

Məlumata əsasən, Rusiya döyüşlərdə 11 466 zirehli döyüş maşını, 11 862 maşın və yanacaq çəni, 6 181 tank da daxil olmaqla, çox sayda texnikasını itirib. Rusiya son rəqəmlərlə bağlı şərh verməyib.

Bazar günü Ukraynanın Rusiyanın işğalı altında olan Donetsk şəhərinin ətrafında bazarın atəşə tutulması nəticəsində onlarla insan ölüb və ya yaralanıb.

Tekstilşik şəhərinin Rusiya tərəfindən təyin edilmiş meri Aleksey Kulemzin atəşin Ukrayna tərəfindən açıldığını deyib.

Bazar günü Baltik dənizində Rusiyanın maye qaz hasilatı olan Novatek müəssisəsində yanğın baş verib. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Yanğının səbəbi dəqiqləşdirilməsə də ərazidə dronların aşkar edildiyi bildirilir.

Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın Ağ Evə qayıtması perspektivindən narahatlığını bildirib və ABŞ-ın keçmiş prezidentinin Ukraynanın Rusiya ilə müharibəsini 24 saat ərzində dayandıra biləcəyi ilə bağlı açıqlamalarını “çox təhlükəli” hesab etdiyini bildirib.

Cümə günü Britaniyanın Channel 4 News kanalına verdiyi müsahibədə Zelenski keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentlik yarışlarında öndə gedən namizəd olan Trampı Ukraynanı qane edəcək şəkildə vədini yerinə yetirməsi şərti ilə Kiyevə səfərə dəvət edib.

“Donald Tramp, mən sizi Ukraynaya, Kyivə dəvət edirəm. Əgər 24 saat ərzində müharibəni dayandıra bilsəniz, düşünürəm ki, bu, gəlmək üçün kifayətdir” - deyə, Zelenski bildirib.

Ukrayna lideri Trampın Ukraynada danışıqlar yolu ilə sülh əldə etmək ideyasının Ukraynanın Rusiyaya böyük güzəştlər etməsini tələb edə biləcək potensial prezidentliyindən narahatlığını ifadə edib.

Tramp dəfələrlə Rusiya və Ukrayna liderləri ilə yaxşı münasibətlərə malik olduğunu bildirərək, iki ilə yaxındır davam edən müharibəyə son qoymaq məqsədilə danışıqlar aparmaq üçün yaxşı mövqedə olduğunu bildirib.

Forum

XS
SM
MD
LG