Accessibility links

Prezidentliyə namizəd Elşad Musayev: Digər rəqiblərə ayırmağa zamanımız yoxdur


Prezidentliyə namizəd Elşad Musayev: Digər rəqiblərə ayırmağa zamanımız yoxdur
please wait

No media source currently available

0:00 0:01:53 0:00

7 fevral 2024-cü il Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Qeydə alınmış 7 namizəd Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Böyük Quruluş Partiyasından Fazil Mustafa, Milli Cəbhə Partiyasından Razi Nurullayev, Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasından Elşad Musayev, öz təşəbbüsü ilə namizədliklərini irəli sürmüş Zahid Oruc və Fuad Əliyevdir.

Aparıcı müxalifət partiyaları Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası seçkilərin şəffaf və obyektiv keçirilməyəcəyini hesab edərək seçkilləri boykot etdiklərini bildiriblər. REAL partiyası isə seçkilərdə namizədlə də çıxış etməsə də, vətəndaşları seçkilərdə aktiv iştiraka dəvət edir.

Sorğu: Prezidentliyə namizədlərdən kimləri tanıyırsınız?
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Amerikanın Səsi növbədənkənar prezident seçkilərində namizədlərdən biri olan Elşad Musayevə suallarını ünvanlayıb.

Elşad Musayev deyir ki, prezident seçiləcəyi təqdirdə hüquqi dövlətin təməl prinsiplərindən biri olan hakimiyyət bölgüsünü yenidən aparacaq.

Böyük Azərbaycan Partiyasının rəhbəri hesab edir ki, seçkiyə qatılmaq onları yekunda qalib etməsə də, partiyanın tanınması, regionlara çıxış baxımından onlar üçün qazancdır. O, seçkiləri boykot etməyi mübarizə aparmadan məğlubiyyətə təslim olmaq hesab edir.

Elşad Musayev əlavə edir ki, bu, onun ilk seçki təcrübəsi deyil. Namizəd olduğu illərlə müqayisədə bu seçkilərdə onlara müdaxilənin olmadığını deyir. İmza toplanma kampaniyasında, seçicilərlə görüşdə və ödənişsiz efir vaxtı zamanı hər hansı təziqlə raslaşmadığını vurğulayır.

Qeyd edək ki, bundan öncə prezidentliyə namizəd Fazil Mustafa Amerikanın Səsinin suallarını cavablandırıb.

Forum

XS
SM
MD
LG