Accessibility links

Jalə Təbrizli: İran Azərbaycanında siyasi məhbusların ailələri keçmişə görə daha aktivdirlər


Jalə Təbrizli, hüquq müdafiəçisi
Jalə Təbrizli, hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı və Tehranda həbsdə saxlanılan türk fəalların vəziyyəti və məhbusların ailələrinin yaxınlarının səsini eşitdirmək üçün yürütdükləri fəaliyyətlər haqqında danışıb. Təbrizli həmçinin İranda edamların artmasını və keçən həftələrdə Qara Qışlaq kəndində baş verən etirazları şərh edib.

please wait

No media source currently available

0:00 0:13:21 0:00
Direct link

Bir neçə aydır ki, siyasi məhbus Yürüş Mehrəlibəylinin ailəsi başda olmaqla, bəzi fəalların ailələri həbsdəki yaxınlarının məruz qaldığı qanunsuzluq və təzyiqləri gündəmə gətirmək üçün fəaliyyət yürüdürlər.

Jalə Təbrizlinin dediklərinə görə, “siyasi məhbusların ailələri yaxınlarından xəbər ala bilmir, telefon irtibatı olmur. Kəşfiyyat qurumunu gedirlər, amma cavab ala bilmirlər. Buna görə özləri meydandadırlar. Həqiqətən ailələr öncəki zamanlara görə çox aktivdirlər. Ailələr danışır, atalar, analar, qardaş, bacı bunlar əl-ələ verib həbsdə olan yaxınlarını müdafiə edirlər. Hətta məhbusların uşaqları, onlar ki, atalarının üzünə həsrətdirlər.”

Hüquq müdafiəçisi keçən ilin noyabr ayının 7-dən bəri Təbriz kəşfiyyat şöbəsinin təcridxanasında saxlanılan tanınmış fəal Yürüş Mehrəlibəyliyə işarə edərək deyib ki, “nədən tutublar, bəlli deyil. Təmas haqqı vermirlər. Ailəsi ilə qoymurlar danışsın. Vəkili yoxdur. Kəşfiyyatda saxlayırlar, biz bilmirik ki, işgəncə olur, nə olur? Zorakı etiraf almaqmı istəyirlər, ya nə edirlər? Əslində onun ailəsini də onunla bərabər həbs edirlər. Çünki, ailəsi ondan heç bir xəbər ala bilmir.”

İran Azərbaycanının müxtəlif bölgələrində yaşayan fəallar azadlığa buraxılan fəalları görməyə gedirlər. Bu görüşlər son vaxtlar kəskin şəkildə artıb. Keçən həftələrdə çox sayda milli fəalın müvəqqəti azadlığa buraxılan siyasi fəallar ilə birlikdə çəkdikləri şəkillər sosial şəbəkələrdə paylaşılıb. Təqribən iki həftə öncə isə Mehrəlibəyli ailəsini görməyə gedən çox sayda milli fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

“Bu görüşmələr ruhlanma yaradır. Fəallar və ailələr deyir ki, biz qorxmuruq. Biz birlikdəyik və davam edəcəyik. Biz bir-birimizi tək qoymayacağıq. İslam Cümhuriyyəti bundan qorxur. Buna görə, fərqli şəhərlərdən Mehrəlibəyli ailəsini görmək üçün Culfaya gedən fəalları tutmuşdular”, Jalə Təbrizli əlavə edib.

Forum

XS
SM
MD
LG