Yanvarın 25-də Almaniyanın Passau və Deggendorf şəhərlərində bir qrup siyasi mühacir Azərbaycandakı siyasi həbslərlə bağlı etiraz aksiyası keçirib.
Aksiyanın təşkilatçılarından Rövşən Tamrazov bildirib ki, aksiyada siyasi aktivistlərə qarşı, xüsusilə professor Qubad İbadoğlunun həbsindən sonra repressiya dalğasının gücləndiyi qeyd edilib.
“Burada xüsusilə “Kanal13”ün rəhbəri Əziz Orucovun saxta ittihamla həbsini, eyni zamanda mediaya qarşı basqının qadınlara qarşı yönəldiyini də bildirərək Sevinc Vaqifqızının adını xüsusi olaraq çəkmişlər”, o deyib.
Tədbirin digər iştirakçısı Elbəyi Dadaşov bildirib ki, tədbirdə hər bir iştirakçı çıxış etdikdən sonra “Jurnalist terroruna son!”, “Siyasi məhbuslara azadlıq!”, “Diktaturaya son!” şüarları səsləndirilib.
Tədbir iştirakçıları alman, azərbaycan və ingilis dillərində plakatlar qaldırıb.
Forum