Accessibility links

Hüquq müdafiəçisi: Bloger üç gündür yoxa çıxıb


Arzu Sayadoğlu (Mənbə: Sosial şəbəkə)
Arzu Sayadoğlu (Mənbə: Sosial şəbəkə)

İctimai fəal, bloger Arzu Sayadoğlunun ailə üzvləri üç gündür ondan xəbər ala bilmir.

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Arzu Sayadoğlu sonuncu dəfə “Azad söz” YouTube televiziya kanalında çıxış edib, tənqidi fikirlərlə yanaşı, insanları susmamağa, dinc etirazlara səsləyib.

“Bundan sonra Sayadoğlu yoxa çıxıb. Üç gündür ki, yaxınları onun haqqında heç bir məlumat ala bilmir”, o qeyd edib.

“YouTube”də “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olan Sayadoğlu bu kanalda da ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığı barədə davamlı olaraq sərt tənqidi fikirlər söyləyib.

Arzu Sayadoğlu “Xalqa xidmət hərəkatı” yaratdığını da elan edib.

Daxili İşlər Nazirliyi Arzu Sayadoğlunun saxlanılıb-saxlanılmaması ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Digər hüquq-mühafizə orqanlarından da ictimai fəalın taleyi ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG