Accessibility links

ABŞ-ın İsrailə dəstəyi ilə bağlı narahatlıqlar 2024-cü il seçkilərinin gündəmində


ABŞ-ın İsrailə dəstəyi ilə bağlı narahatlıqlar 2024-cü il seçkilərinin gündəmində 
please wait

No media source currently available

0:00 0:04:23 0:00

Birləşmiş Ştatların şəhərlərində İsrai və HƏMAS arasında qarşıdurmadan qəzəblənən etirazçılar küçələrə çıxaraq nümayişlər keçiriblər. Bəzi nümayişçilər prezident Co Baydenin seçkiqabağı çıxışlarına mane olub. Bayden Qəzzada müharibədə İsrailə dəstək verməsi ilə bağlı seçicilərin narahatlıqları fonunda seçki kampaniyasında çətinliklərlə üzləşir.

Qəzzada şiddətli münaqişə çox sayda amerikalı seçicinin diqqətini cəlb edərək, prezident Co Baydenin yenidən seçilmək uğrunda mübarizəsində gərgin anlara səbəb olur.

Bu yaxınlarda abort hüquqlarının müdafiəsi məqsədilə keçirilməsi nəzərdə tutulan mitinqdə Baydenin çıxışının çox hissəsi onun İsrailin hərbi kampaniyasına dəstəyinə qəzəblənən etirazçılar tərəfindən kəsildi və bu, prezidenti açıq şəkildə məyus etdi.

Prezident Bayden: “Bu, bir müddət belə davam edəcək.”

Etiraz aksiyası 700 üzvü olan Die-In For Humanity etiraz qrupu tərəfindən təşkil edilib. Qrup Baydenin qatıldığı tədbirlər, Kapitoli binasında, administrasiya üzvlərinin evlərinin qarşısında və yanvar ayında Vaşinqtonda keçirilən bu etiraz da daxil olmaqla, təxminən 100-ə yaxın aksiya təşkil edib.

Die-In for Humanity təşkilatının nümayəndəsi Hazami Barmada: “Biz ABŞ-da Baydenin tamamilə tərk edildiyi dəyişən bir vəziyyəti görürük. Bizim dediyimiz budur ki, Qəzzada ədalətsizliyi və vəhşiliyi dayandırın deyən ərəb-Amerika icmasının səslərinə məhəl qoymamağa davam etsəniz, ərəb-Amerika icmasının səslərini ala bilməyəcəksiniz”.

Ağ Ev prezidentin dinc etirazları dəstəklədiyini bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi: “O [Bayden] həmçinin hesab edir ki, İsrailin özünü HƏMAS tərəfindən hələ də real olan təhlükədən müdafiə etmək hüququ və qabiliyyətinə malik olmağa davam etməsi həqiqətən vacibdir. Lakin bu o demək deyil ki, biz israilli həmkarlarımızı dinc əhali arasında itkiləri minimuma endirməyə və yardımın çatdırılmasına daha çox diqqət yetirməyə təşviq etmək çağırışından imtina edəcəyik”.

Siyasi təhlilçilər Baydenin çətin vəziyyətdə olduğunu deyirlər.

Amerika Sahibkarlar İnstitutunun təhlilçisi Norm Ornşteyn: “Qəzzada vəziyyətin Bayden üçün siyasi problem olduğuna şübhə yoxdur. Əgər geri çəkilib obyektiv baxsanız, Bayden bu məsələni hər hansı bir prezidentin edə biləcəyi qədər məharətlə həll etdi. O dərhal başa düşdü ki, [İsrailin baş naziri Benyamin] Netanyahunu yaxında saxlamaqla Qəzzada baş verə biləcək ən pis şeylərdən bəzilərinin qarşısını ala bilər. Amma o indi Bibini kənara itələməyə çox yaxınlaşır. Bu isə o deməkdir ki, bir çox seçiciləri - təkcə ərəb amerikalı seçiciləri deyil, gənc proqressiv seçiciləri də özündən uzaqlaşdıran ilkin addım onun üçün daha pis nəticələnə bilər, çünki əgər o, Bibi Netanyahunu kənara itələsə və ya rədd edərsə, onda onun ən yaxın bəzi tərəfdarları, İsraili dəstəkləyən tərəfdarları da narazı qala bilər”.

Təhlilçilərin fikrincə, xarici siyasət nadir hallarda seçkiləri yönləndirir, lakin ciddi rəqabət şəraitində böyük önəm daşıya bilər.

Bayden və prezidentliyə Respublikaçı iddiaçı Donald Trampın çərşənbə axşamı günü Nyu-Hempşirdə öz partiyalarından qələbə çaldıqları ilkin seçkilərdə iştirak edən bu seçici onun qərarına bir amilin təsir etdiyini deyir.

Nyu-Hempşir ştatından müstəqil seçici Ayzak Gehr: “Bu seçki mövsümündə səs verdiyim ən mühüm məsələ xarici siyasətdir. İstənilən xarici müharibələrdən kənarda qalmağımız, hərbi xərclərimizi azaltmağımız, hərbi qüvvələrimizi vətənə qaytarmağımız və ya ölkədə saxlamağımız mənim üçün çox vacibdir”.

Trampın Qəzzada böhranın həllinə dair planı müəyyən deyil. Onun prezident kimi əvvəlki fəaliyyətlərinə müsəlman mühacirlərə qarşı çox tənqid edilən “qadağa” daxildir. Amerikanın Səsi bir neçə dəfə Trampın kampaniyasına müraciət edib, lakin seçki kampaniyasından cavab verilməyib.

Abandon Biden Movement hərəkatının nümayəndəsi Hassan Abdel Salam: “Cənab Tramp dostlarımızın, həmkarlarımızın və ailələrimizin ölkəyə daxil olmasına mane oldu. Lakin cənab Bayden onları öldürdü. Heç bir respublikaçının 4 illik hakimiyyəti dövrü Qəzzada bir günlə müqayisə olunmur, buna görə də bizim icmalarımızda fədakarlıq etməli olduğumuza dair belə bir arqument ortaya çıxır.”

Amerikalı seçicilər baş verənlərlə bağlı hisslərini noyabrda öz səsləri ilə ifadə edə biləcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG