Accessibility links

Məhkəmə Trampın cinsi təcavüz diffamasiyası işi üzrə $83.3 milyon dollar ödəməsinə hökm verdi


E. Jean Karroll Nyu Yorkda federal məhkəmə binasını tərk edir. 26 yanvar, 2024.
E. Jean Karroll Nyu Yorkda federal məhkəmə binasını tərk edir. 26 yanvar, 2024.

Andlılar məhkəməsi sabiq ABŞ Prezidenti Donald Trampa yazıçı E. Jean Carrolla $83.3. milyon dollar ödəməyi əmr edib. Hökm Trampın prezident olarkən Karoll haqqında böhtan xarakterli şərhlər verməsi üzrə ittihamdan qaynaqlanır.

Karroll Trampı 2019-cu ildə məhkəməyə verib. O, Trampın 1990-cı illərdə mağazanın paltardəyişmə otağında baş vermiş cinsi təcavüz haqda Karrollun iddiasını gözdən salmağa çalışdığını bildirib. Karroll onun jurnalist reputasiyasına xələl gətirdiyinə görə Trampdan azı $10 milyon dollar tələb etmişdi.

Doqquz nəfərədən ibarət münsiflər heyəti hökmü cümə günü Nyu York şəhərində çıxarıb. Heyəti 7 kişi və 2 qadın təmsil edib.

Münsiflər heyəti qərara 3 ½ saatlıq məşvərətdən sonra gəlib.

Tramp cümə axşamı şahid kürsüsündə özünü müdafiə edib. O, Karrollun ona qarşı iddialarının saxta olduğu barədə 2019-cu ildə dediklərinin üstündə durduğunu söyləyib.

2024-cü ildə Respublikaçıların ehtimal olunan namizədi qismində noyabr seçkilərinə Prezident Co Baydenlə üzləşə biləcək Tramp indi 80 yaşı olan Karrollu hətta tanıdığını inkar edir.

Hökm cümə günü açıqlandıqdan sonra Tramp öz sosial media platforması olan Truth Social-da (Həqiqət Sosial) bildirib ki, oxunmuş hökm üzrə apellyasiya məhkəməsinə müraciət edəcək. O, məhkəmə işini "Baydenin istiqamətləndirdiyi cadugər ovu" adlandırıb.

Forum

XS
SM
MD
LG