Accessibility links

İstanbulda 2 maskalı şəxs kilsəyə hücum edib, 1 nəfəri qətlə yetirilib


İstanbulda iki maskalı şəxs bazar günü mərasimləri keçilən zaman kilsəyə hücum edib. Türkiyə rəsmilərinin verdiyi məlumatda hücum nəticəsində bir nəfər öldürüldüyü bildirilir.

Daxili işlər naziri Əli Yerlikayanın X platformasında verdiyi açıqlamaya görə, silahlılar yerli vaxtla saat 11:40-da Sarıyer rayonundakı Santa Mariya kilsəsinə hücum ediblər. O, hansı silahlardan istifadə edildiyini və yaralananların olub-olmadığını açıqlamayıb.

Yerlikaya hücumu qınayıb və səlahiyyətli qurumların hücum edənlərin yaxalanması üzərində çalışdıqlarını bildirib. Faktla bağlı araşdırma açılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG