Accessibility links

Nərgiz Absalamovanın apellyasiya şikayəti təmin olunmayıb


Jurnalist Nərgiz Absalamova
Jurnalist Nərgiz Absalamova

Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsi "Abzas Media" işi üzrə həbs olunan jurnalist Nərgiz Absalamovanın apellyasiya şikayətini təmin etməyib.

Vəkil Rövşanə Rəhimlinin məlumatına görə, şikayət jurnalistin ailə üzvləri ilə görüş və telefon danışığının qadağan edilməsi ilə bağlı olub.

Vəkil bildirib ki, istintaq qadağanı jurnalistin ailə üzvləri ilə ünsiyyətindən "cinayət törətmiş digər şəxslərin ifşasına mane olmaq üçün" istifadə oluna biləcəyi ilə əsaslandırır. Onlar bu qadağanı əsassız hesab edir.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "AbzasMedia" saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG