Accessibility links

İranda biznesmenlər kürdlərin edamına etiraz olaraq tətil elan edib


İranın qərbində kürdlərin məskunlaşdığı bir sıra şəhərlərdə bir gün əvvəl İsraillə əməkdaşlıq etməkdə günahlandırılan dörd kürdün asılmasına etiraz olaraq tətil elan edilib, iş yerləri və mağazalar bağlanıb.

2022-ci ilin iyulunda həbs edilən dörd nəfər məhkəmələrinin ədalətsiz keçirildiyini deyən hüquq qruplarının kampaniyasına məhəl qoymayaraq, Tehranın kənarındakı Kərəc şəhərindəki həbsxanada asılıb.

Onların edamı İranda bu ay orta hesabla hər gün iki nəfərin edam edildiyini göstərən edamların sayının artması ilə bağlı narahatlıqları artırıb.

Norveçdə yerləşən kürd mərkəzli Hengaw qrupu və Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsinin yaydığı fotolarda Kermanşah, Saqez və Sənəndəc də daxil olmaqla, böyük şəhər mərkəzlərində bağlanan dükanlari əks etdirilib.

Hengaw aksiyanın onlarla qəsəbə və şəhərdə müşahidə edildiyini, internetin kəsildiyini və İnqilab Keşikçiləri Korpusunun helikopterlərinin bəzi ərazilərin səmalarında dövrə vurduğunu bildiribi.

İranın kürd azlığı üçün daha çox öz müqəddəratını təyin etmək istəyən, lakin Tehran tərəfindən qanunsuz sayılan Komala Partiyasının baş katibi Abdulla Möhtədi X sosial media platformasında ümumi tətilin "tam uğurlu" olduğunu yazıb.

Bölgə 2022-ci ilin sentyabrında Saqezdən olan iranlı kürd qadın Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan ümummilli etirazların əsas mərkəzi olub.

Edam edilənlərdən biri - Möhsün Məzlumun həyat yoldaşı Coanna Taimasi X-də yazıb ki, səlahiyyətlilər dörd kişinin cəsədlərini İranın qərbindəki ailələrinə təhvil verməkdən imtina ediblər və onları “qeyri-müəyyən yerdə dəfn edəcəklər "

Edam edilən Pejman Fatehnin xanımıi Bayan Əzimi isə İnstaqramda oğlunun atası azad edilənədək uzatdığı saçlarını kəsdiyini yazıb.

Tehranın Evin həbsxanasından 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi ailəsi tərəfindən göndərilən mesajda bildirib ki, o və həbsxanadakı digər “siyasi məhbus” qadınlar son edamlara etiraz olaraq yenidən bir günlük aclıq aksiyası keçirib.

İran məhkəməsi bildirib ki, dörd nəfər İranın mərkəzi İsfahan əyalətindəki müdafiə obyektinə qarşı təxribat planında İsraillə əməkdaşlıq etməkdə təqsirli bilinib.

Amma Amnesty İnternational təşkilatı bildirib ki, “ədalətsiz gizli mühakimə nəticəsində” ölüm cəzasına məhkum edilmiş “İran kürd müxalifləri” adlandırdığı dörd nəfərin “özbaşına edam edilməsi” onları dəhşətə gətirib.

Forum

XS
SM
MD
LG