Accessibility links

İctimai fəalın saxlanılma şəraitindən narazı olduğu bildirilir


Ayxan İsrafilov
Ayxan İsrafilov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə heyətinin həbsdə olan üzvü Ayxan İsrafilovun saxlanılma şəraitindən narazı olduğu bildirilir.

Fəalın ailə üzvlərinin verdiyi məlumata görə, Ayxan İsrafilov 3 saylı İstintaq Təcridxanasında 10 nəfər üçün nəzərdə tutulmuş kamerada 16 nəfərlə saxlanılır.

Fəalın ailə üzvləri qeyd ediblər ki, onun səhhətində problemlər var.

"Ayxan 3-cü qrup əlildir, ayağında problem var. Hələ azadlıqda olarkən həkim ona tez-tez gəzişmək lazım olduğunu deyib, amma hazırda saxlanıldığı şəraitdə buna imkan yoxdur və bu Ayxanın səhhətində əlavə problemlər yaradır", ailə üzvləri bildiriblər.

Onların sözlərinə görə, məsələ ilə bağlı fəalın saxlandığı müəssisəyə, həmçinin də onu 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı müraciət etsələr də, müraciət cavabsız qalıb.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov 2023-cü ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik maddələrin saxlanması və yayılması) maddəsilə ittiham olunub. Onu 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyir.

Ayxan İsrafilov ittihamı qəti şəkildə rədd edir və öz həbsini kuryer xidməti işçilərinin hüquqlarının qorunması kimi ictimai fəaliyyətilə əlaqələndirir.

Forum

XS
SM
MD
LG