Accessibility links

İlham Əliyev: AŞPA-da Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir


İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)
İlham Əliyev (Mənbə: Azərbaycan Prezident Administrasiyası)

"Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq".

Bu barədə fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

“Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir”, Əliyev qeyd edib.

Onun sözlərinə görə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnaməsini Amerikanın Səsinə şərh edib.

"Burada ediləcək bir şey yoxdur. Bu qərar azərbaycanfobiya və islamofobiya ilə bağlı deyil. Çünki Azərbaycan Assambleyanın qarşıdan gələn prezident seçkilərinə dəvət edilməməsi ilə öz öhdəliklərini yerinə yetirmədi".

Onun sözlərinə görə, AŞPA qətnaməyə düzəliş edib, Azərbaycan nümayəndə heyəti islahatları yerinə yetirsə tez qayıda bilər.

"Məncə hökümət bundan istifadə etməlidir. Bu, mənim fikrim deyil. Mən belə hərəkət etmədim. Öhdəliklər yerinə yetirilməlidir. Məruzəçilər iki-üç dəfə Laçın koridoruna getmək üçün müraciət ediblər, amma buraxılmayıblar. Eyni zamanda həmməruzəçi siyasi məhbuslarla görüşmək istəyib, lakin icazə verməyiblər. Bu, aydındır ki, açıq-aşkar AŞPA-ya saymamazlıqdır”.

Stefan Şennak hesab edir ki, bu, son qərar deyil.

"Mən Azərbaycan deputatlarına demək istəyirəm ki, bu barədə düşünsünlər, emosional olmaq lazım deyil. Bu qərarda rasizim, islamofobiya yoxdur", o, Amerikanın Səsinə şərhində bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe Amerikanın Səsinə deyib ki, gepolitik vəziyyət, Ermənistanla müharibədə qələbə, iqlim konfransına ev sahibliyi və Avropa İttifaqı ilə neft və qaz sövdələşməsi ola bilsin yanlışlıqla ölkə prezidentinin hər şeyi edə biləcəyini fikirləşməsinə səbəb olur.

"Biz indi vəziyyətin daha pis hala gəldiyini görürük. Əvvəl də pis idi. Ancaq təəssüratım odur ki, hər həftə bir və ya iki yeni siyasi məhbus var, hər həftə mən yeni adlar eşidirəm. Və biz bu təşkilatla əməkdaşlıq edilməməsi hallarının çoxaldığını görürük. Getdikcə daha çox məruzəçilərin ölkəyə girişinin, ölkədə görmək istədiklərinin, həbsxanalara getmələrinin qarşısı alınır. Seçkiləri müşahidə etmək üçün dəvətin göndərilməməsi isə son damla oldu. Bildiyim qədəri ilə ilk dəfə idi ki, Azərbaycan və hətta Rusiya xaric hər hansı üzv ölkə AŞPA-ya seçkiləri izləmək üçün dəvət göndərmir. Qətnamə olduqca aydındır və rəqəmləri gördünüz. Bəzi üzvlər qərarın geopolitik nəticələri ilə bağlı narahat olsalar da, AŞPA-da böyük çoxluq Azərbaycanın qırmızı xətti keçdiyini və bunun nəticələri ilə razılaşmalı olduğunu açıq ifadə etdi.

Ancaq bizim qapılarımız açıqdır. Əgər Azərbaycan desə ki, bəli, biz təşkilatın dəyərlərinə və qaydalarına hörmət edəcəyik, onlar ən qısa zamanda geri qayıtmağa dəvət ediləcəklər", o qeyd edib.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb.

Müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyəti qərarı ədalətli və zəruri adlandırıb.

"Azərbaycan mütəmadi olaraq Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozur və dəyərlərimizə məhəl qoymur", "Son illər Azərbaycan AŞPA-nın 14 qətnaməsində öhdəliklərini pozan kimi qeyd olunub", "Yüzlərlə siyasi məhbus, onlarla jurnalist həbs edilib və onlardan 10-u bu yaxınlarda həbs edilib", "Avropa Şurasının məruzəçiləri siyasi məhbuslarla görüşlərinə buraxılmayıb", avropalı deputatların əsas iradları bunlar olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG