Accessibility links

Rusiyanın dron hücumları nəticəsində Ukraynanın mərkəzi və şimal-şərqində elektrik enerjisi kəsilib


Ukraynanın hərbi rəsmiləri bildirirlər ki, Rusiya bir gecədə ölkənin kritik infrastrukturunu iyirmi dronla hədəfə alıb. Nəticədə ölkənin mərkəzi və şimal-şərqindəki ərazilərdə elektrik enerjisi kəsilib.

Ukraynanın enerji təchizatçısı olan “Ukrenerqo” cümə günü bildirib ki, onun obyektlərində müəyyən ziyan dəyib, nəticədə Dnepropetrovsk vilayətinin Krivyi Rih şəhərində elektrik enerjisi kəsilib.

Agence France-Presse agenrliyi şimal-şərqində Xarkiv rəsmilərinə istinadən xəbər verir ki, Rusiyanın atəşi nəticəsində 64 şəhər və qəsəbə işıqsız qalıb.

Ukrayna qüvvələri atılan dronlardan 11-ni vurduğunu bildirib.

Bu arada, Fransa cümə günü fransalı iki könüllü yardım işçisinin fevralın 1-də Ukraynanın cənubundakı Xerson şəhəri yaxınlığında Rusiyanın pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olduğunu təsdiqləyib.

“Ukraynada iki fransalı yardım işçisi Rusiyanın zərbəsi nəticəsində həlak olub. Qorxaq və çirkin bir hərəkət. Mən insanlara kömək etməyə sadiq olan bütün könüllülərlə həmrəyliyimi bildirirəm”, Fransa prezidenti Emmanuel Makron əvvəllər Twitter kimi tanınan X platformasında yazıb.

Fransanın xarici işlər naziri Stefan Sejourne yazıb ki, Rusiya “cinayətlərinə görə cavab verməli olacaq”.

Ukrayna prezidenti Volodimir Zelenski başsağlığı bildirib və Fransanın yardım işçilərinin xidmətinə görə təşəkkür edib.

“Rusiya terroru heç bir sərhəd və ya qurbanların milliyyətini tanımır” deyə o, X platfromasında yaydığı açıqlamada bildirib. “Fransanın cəsur yardım işçiləri insanlara kömək ediblər və biz onların insanlığına görə həmişə minnətdar olacağıq” - deyə, Zelenski əlavə edib.

Forum

XS
SM
MD
LG