Accessibility links

Namibiya prezidenti Haqe Qeinqob 82 yaşında vəfat etdi


Namibiya prezidenti Haqe Qeinqob (12 noyabr, 2021-ci il)
Namibiya prezidenti Haqe Qeinqob (12 noyabr, 2021-ci il)

Namibiya prezidenti, 82 yaşlı Haqe Qeinqob, xərçəng diaqnozu qoyulduqdan həftələr sonra bazar günü səhər saatlarında vəfat etdi.

Qeinqob, prostat xərçəngindən sağ qaldığını elan etdiyi 2015-ci ildən bəri əhalisi az olan və əsasən quraq olan cənub Afrika ölkəsinə rəhbərlik edirdi.

Vitse-prezident Nanqolo Mbumba ilin sonunda keçiriləcək prezident və parlament seçkilərinə qədər əhəmiyyətli brilyant yataqları və elektrik avtomobil akkumulyatorunun tərkib hissəsi olan litiumun olduğu mədən sənayesinin qaynar nöqtəsi olan Namibiyada sükanı idarə edir.

X sosial media platformasında prezident hesabından olan post ölüm səbəbini açıqlamadı, lakin keçən ayın sonunda prezidentin müntəzəm tibbi müayinədən üçün ABŞ-a getdiyini söylənilmişdi.

Forum

XS
SM
MD
LG